Style

Qadınların yenicə meyl saldığı - “TƏVAZÖKAR MODA” NƏDIR?

Qadınların yenicə meyl saldığı - “TƏVAZÖKAR MODA” NƏDIR? | FED.az
12:21 16 Dek 2019

Təvazökar geyim tərzi müsəlman qadınlar üçün yeni bir şey deyil. Lakin indi dini mənsubiyyətindən asılı olmayaraq, sosial media bloqçularının diqqəti ona yönəlib və təvazökar dəbə aid edilən geyimlərin satışları artmaqdadır.

Uzunluğu dabana çatan donlar, geniş balaqlı şalvarlar və iri ölçülü sviterlər. Bunlar ad gününə hədiyyə almağı arzuladığımız siyahı deyil - söhbət, təvazökar moda haqqında gedir.

Təvazökar, lakin dəbə uyğun geyinmək gənc müsəlman qadınlar arasında hazırda populyar olsa da, bu, hər hansı din və ya inancla məhdudlaşmır.

Hazırda bu təmayül geniş vüsət almaqdadır.

FED.az məlumat verir ki, "Təvazökar moda daha əhatəli olmağa başlayır", - mövzu haqqında yazan 21 yaşlı bloqçu və model, Instagram-da 27000-dən çox izləyicisi olan Asha Mohamud deyir.

Eləcə də bax: “Müflis olmaqdan qorxmuram” - UĞUR HEKAYƏSİ

O, bu barədə BBC-nin, daha gənc auditoriyaya yönəlmiş Newsbeat proqramına danışıb.

"Mənə elə gəlir ki, qadınlar indi kişilər üçün deyil, özlərini seksual hiss etmək üçün geyinirlər", - Asha Mohamud deyir.

"Ola bilsin ki, bu, artıq puş-ap büstqalter deyil - bunun əvəzinə iki hissədən ibarət kostyumdur".

Moda bloqçusu Jodie Marriott-Baker hesab edir ki, insanların, modanı bəhanə gətirərək, daha qapalı geyinməkdən zövq alması sosial media və bununla əlaqədar dəyişən yanaşmalarla bağlıdır.

"Instaqramdakı moda bloqçuları dəbi hamı üçün əlçatan və daha məqbul halına gətirdilər", o deyir.

Image captionJodie Marriott-Baker hesab edir ki, təvazökar moda həm rəsmi, həm də adi hallar üçün uyğun gəlir.

Dəyişikliyin fərqinə varan yalnız bloqçular deyil.

Britaniyanın John Lewis mağaza şəbəkəsinin pərakəndə satışlar üzrə son hesabatına əsasən, Britaniyada alıcılar "dar, bədənə daya sıx yatan" geyimlərdən çox "daha uzun və sərbəst fasonlara" üstünlük verirlər.

Bu il mağazada "midi" paltarlarının satışı 152 faiz artıb, uzunluğu topuğa çatan şalvarların satışında isə artım 33 faizə çatıb.

Bu təmayül yalnız John Lewis-ə xas deyil - təvazökar geyim sahəsində yaşanan bumu digər pərakəndə satıcılar da hiss edir.

u qəbildən olan geyim növləri ASOS (20-30 yaşlarında olan alıcıları hədəfləyən və 30-dan çox müxtəlif ölçüdə paltar satan onlayn firması) və Marks & Spencers şəbəkəsində də tapıla bilər.

İspan pərakəndə şəbəkəsi - Zara-nın satdığı donlardan birini ilin uğur hekayələrinə aid etmək olar.

Don, özünün uzun və sərbəst fasonuna görə bloqçular tərəfindən təvazökar dəbin nümunəsi kimi qəbul olunur. Eyni zamanda deyilir ki, bu dona göstərilən maraq internetdə böyük sayda axtarış nəticələrinə səbəb olub.

Model Zaranın donunu nümayiş etdirir

Image captionBu don o qədər populyarlaşdı ki, onun xüsusi Instagram hesabı mövcuddur

Müsəlman olan Aşa, "təvazökar dəbin hər bir insan üçün fərqli olduğunu" düşünür.

"İnsanların təvazökar hesab etmədiyi qısa ətəkləri geyinsəm də, bunu fərqli şəkildə edirdim. Onların altından sərbəst şalvar geyinərdim".

"Təvazökar dəb yalnız müsəlmançılıqla məhdudlaşmır. Artıq o, dinə bağlı deyil. Yeni təmayüldür."

Jodie təvazökar dəbi "zamansız, qəşəng və iri ölçülü - eyni zamanda əyinə yaxşı oturan" kimi təsvir edir.

"Qış bunun üçün ilin əla vaxtıdır - paltarlar sizi isti saxlayır, eyni zamanda don və ətək geyinib qadın olduğunuzu hiss edə bilərsiniz."

Bəzi kiçicik yay geyimlərindən fərqli olaraq, təvazökar dəbin cazibəli tərəfindən biri də odur ki, onu müxtəlif mövsümlərdə geyinmək mümkündür, Jodie deyir.

"İsti yay aylarında sərin və sərbəst bir şey istəsəm midi paltar geyinə bilərəm. Həmin paltarları, sviter və reytuz layını əlavə etməklə yenidən payızda və qışda da geyinə bilərəm."

"Özümü arxayın və ən başlıcası rahat hiss edirəm. Bilirəm ki, nə qədər yeməyimdən asılı olmayaraq qarnımı görə bilməyəcəksiniz".

Bu sahə o dərəcədə böyüyüb ki, sırf təvazökar dəb fasonlarını nümayiş etdirən modellərdən ibarət moda agentliklər fəaliyyət göstərir.

Britaniyada Umma Models agentliyinin rəhbəri Shammie Hammouda gələn il təvazökar modanın geniş yayılacağını hesab edir.

O, bu sahəyə ötən il ilk qədəm qoyanda dörd müştərisi var idi. Hazırda isə, 60-dan çox müştərini təmsil edir.Qadın uzun geyimdə

Image captionUzun geyimlər yeni bir şey deyil - bu təmayül hələ 1950-ci illərdə dəbdə olub.

Newsbeat-ə danışan Shammie təvazökar dəb təmayülünün illərdir ki, mövcud olduğunu deyir.

"Təxminən 1950-ci illərin Britaniyasına qayıdarsaq, təvazökar fasonlar norma idi. Hamı ətəyi və qolları uzun geyərdi".

Bəzilərimizin midi və maksiyə rəğbətinə baxmayaraq, hələ də qısa və açıq-saçıq sayıla biləcək fasonların satışı üzrə onlayn mağazaların sayı da az deyil.

Jodie moda müxtəlifliyinin yeni bir şey olduğuna inanmır.

"Düşünürəm ki, moda daha əlçatandır və mağazalar müxtəlif təmayüllərin daha geniş çeşidini təqdim edirlər".

bbc

Digər xəbərlər

Banner