Təhsil və elm

ADA xarici universitetlərlə ikili diplom - PROQRAMINA BAŞLAYIR

ADA xarici universitetlərlə ikili diplom - PROQRAMINA BAŞLAYIR | FED.az
12:10 25 Fev 2020

Azərbaycanın aparıcı ali məktəbi olan ADA Universiteti dünyanın bir sıra aparıcı universitetləri ilə ikili diplom proqramlarına başlayır.

Eləcə də bax: Azərbaycanda ikili diplom proqramları başlayır – HÖKUMƏTDƏN QƏRAR – TAM MƏTN

FED.az xəbər verir ki, bu barədə CBC telekanalına müsahibəsində Universitetin proqrektoru Fariz İsmayılzadə bildirib.

Müsahibədə F.İsmayılzadə ADA-nın bir sıra rəqabət qabiliyyətlərini qeyd edib. Bunlar əlçatan təqaüd proqramları, beynəlxalq tədris proqramları, geniş və müasir kitabxana, müəllimlərə xaricdə doktor dərəcəsi (PhD) almaq imkanı, startap-müsabiqələri gənclərə dəstək və sairdir.

F.İsmayılxadə bildirib ki, hazırda ADA Universitetində iş aparılan əsas istiqamətlərdən biri beynəlxalq proqramların inkişaf etdirilməsidir: «Bu il ADA Universiteti 4 beynəlxalq proqram imzalamaq niyyətindədir. Bizim artıq Hollandiyanın Maastrix universiteti ilə magistr səviyyəsində ikili diplom proqramımız var.

Bundan başqa, Rusiyanın MQİMO universiteti ilə birgə magistratura proqramı imzalanıb. Yaxın günlərdə ABŞ-ın məşhur Corc Vaşinqton universiteti ilə birgə magistratura proqramı imzalayacağıq. Bu proqram çərçivəsində kompüter elmləri üzrə mütəxəssislər hazırlanacaq.

Eləcə də, Fransanın CEFAM Universiteti ilə biznes idarəçilik sahəsində ikili diplom proqramı imzalanacaq».

Fariz İsmayılzadə bildirib ki, ADA Universiteti kompüter elmlərinə diqqət yetirir və bu sahədə genişlənməyi planlaşdırır: «Ola bilər bu sahədə yeni tədris üsulları, məsələn, kollec yaradılsın, eləcə də laboratoriya yaradılsın və startaplara dəstək verilsin»-deyə prorektor bildirib.

Digər xəbərlər