Banner

Təhsil və elm

Ali məktəblərin açılması barədə - Qərar Veriləcək

Ali məktəblərin açılması barədə - Qərar Veriləcək | FED.az
12:19 22 Yan 2021

“Fevralın 1-dən etibarən 2 həftə ərzində təhsillə bağlı növbəti qərarlar veriləcək”.

Eləcə də bax: Metronun ali təhsil müəssisələri ilə eyni vaxta açılması - Gözlənilir

FED.az xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev xüsusi karantin rejimi dövründə təhsil müəssisələrinin fəaliyyətinin təşkilinə dair bu gün keçirilən brifinqdə deyib.

Onun sözlərinə görə, fevralın 1-dən növbəti iki həftə ərzində 5-9-cü sinif şagirdlərinin təhsillərini məktəbdə davam etdirmələri və ali təhsil müəssisələrində də qismən təhsilin bərpa edilməsi ilə bağlı qərarların verilməsini nəzərdə tutulur: “Metronun açılması ilə bağlı qərar verilərsə, bu, 5-9-cu sinif şagirdlərinin təhsillərini məktəbdə davam etdirmələri üçün şərait yarada bilər”. (Report)

Digər xəbərlər