Təhsil və elm

AMEA sahibkarlıqdan qazandığını işçilərin - SOSİAL MÜDAFİƏSİNƏ YÖNƏLDƏCƏK

AMEA sahibkarlıqdan qazandığını işçilərin - SOSİAL MÜDAFİƏSİNƏ YÖNƏLDƏCƏK | FED.az
15:08 10 Aprel 2020

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) tətbiqi elmi tədqiqatların aparılması, dövlət elmi-texniki tapşırıqlarının yerinə yetirilməsi, yeni texnika nümunələrinin və yeni texnologiyaların yaradılması üzrə təcrübə-konstruktor işlərini innovasiya siyasətini bu nizamnamədə qarşıya qoyulmuş məqsədlərə nail olmaq üçün sahibkarlıq fəaliyyətini həyata keçirəcək.

Eləcə də bax: AMEA bağlandı, alimlər - MƏZUNİYYƏTƏ GETDİ

FED.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin “Azərbaycan Milli Elmlər Akademiyasının Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında fərmanda öz əksini tapıb.

Fərmana əsasən, AMEA sahibkarlıq fəaliyyətindən əldə etdiyi gəlirləri Akademiyanın inkişafına və işçilərinin sosial müdafiəsinin yaxşılaşdırılmasına yönəldəcək.

Report

Digər xəbərlər