Banner

Təhsil və elm

Azərbaycan Texniki Universitetinə yeni prorektor - Təyin Olunub

Azərbaycan Texniki Universitetinə yeni prorektor - Təyin Olunub | FED.az
17:13 22 Yan 2021

Azərbaycan Texniki Universitetinə (AzTU) yeni prorektor təyin olunub.

Eləcə də bax: Bakı şəhəri üzrə Təhsil İdarəsinə yeni müdir - Təyin Olunub

FED.az xəbər verir ki, Universitetdən verilən məlumata görə, AzTU-nun Tədris işləri üzrə prorektoru vəzifəsinə təyin olunan Nurəli Yusifbəyli bu gün kollektivə təqdim olunub.

Prorektoru kollektivə təqdim edən rektor Vilayət Vəliyev bildirib ki, Nurəli Yusifbəylinin Tədris işləri üzrə prorektor təyin olunması AzTU-da tədqiqatların, elmi əməkdaşlığın, universitet-sənaye işbirliyinin və tələbə-müəllim münasibətlərinin inkişafında mühüm rol oynayacaq.

Rektor qeyd edib ki, Nurəli Yusifbəyli bir sıra dövlət qurumlarında məsul vəzifələrdə çalışaraq daimi olaraq yüksək səviyyədə elmi-tədqiqatlar aparmaqla yanaşı, həm də 1998-ci ildən pedaqoji fəaliyyətlə məşğuldur. O, 2003-cü ildən AzTU-nun Avtomatika və idarəetmə kafedrasının professorudur. Rektor yeni prorektora uğurlar arzu edib, həmçinin əvvəlki prorektor Xaliq Yahudova fəaliyyətinə görə təşəkkür edib.

Tədris işləri üzrə prorektor Nurəli Yusifbəyli AzTU-nun ona doğma olduğunu qeyd edib və göstərilən bu etimadı doğruldacağını bildirib.

Qeyd edək ki, bundan əvvəl AzTU-nun Tədris işləri üzrə prorektoru vəzifəsini icra edən Xaliq Yahudov ötən ay öz xahişi ilə işdən azad olunub. 

Azərbaycan Texniki Universitetinə yeni prorektor - Təyin Olunub | FED.azAzərbaycan Texniki Universitetinə yeni prorektor - Təyin Olunub | FED.az

Digər xəbərlər