Təhsil və elm

Bu tələbələrin ödədikləri təhsil haqqı onlara geri qaytarılacaq – NAZİRLİKDƏN AÇIQLAMA

Bu tələbələrin ödədikləri təhsil haqqı onlara geri qaytarılacaq – NAZİRLİKDƏN  AÇIQLAMA | FED.az
16:30 15 Aprel 2020

Nazirlər Kabinetinin “Sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin təhsil haqqı xərclərinin ödənilməsi barədə” qərar qəbul etməsi haqqında xəbər vermişdik. Qərarda bildirilir ki, bu kateqoriyadan olan tələbələrin 2020-ci ildə tədris semestrləri (yarımillikləri) üçün təhsil haqqı xərcləri dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Ancaq bəzi belə ailələr 2020-ci ildə tədris semestrləri üçün təhsil haqqı xərclərini əvvəlcədən ödəyiblər.

Eləcə də bax: Nazir təhsil haqqı qərarının necə icra ediləcəyini - AÇIQLADI

FED.az xəbər verir ki, Təhsil Nazirliyinin mətbuat katibi Yeniavaz.com-a açıqlamasında bildirdi ki, həmin təhsil haqqı xərcləri ailələrə geri qaytarılacaq:
“Nə vaxt və necə qaytarılacağı dəqiqləşməyib, amma qaytarılacaq”.
Xatırladaq ki, qərar Azərbaycan Respublikasının təhsil müəssisələrində normativ təhsil müddətində ödənişli əsaslarla əyani təhsil alan (təkrar ali və orta ixtisas təhsili istisna olmaqla) və sosial baxımdan aşağıdakı həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələri əhatə edir:
- ünvanlı dövlət sosial yardımı alanlar;
- hər iki valideyni (tək valideyni olduqda isə həmin şəxs) və ya qanuni nümayəndələri aşağıdakı kateqoriyaların hər hansı birinə aid olanlar:
- I və II dərəcə əlilliyi olan şəxslər;
- işsiz kimi qeydiyyatda olanlar;
- yaşa görə əmək pensiyaçıları;
-yaşa görə sosial müavinət alanlar.

Digər xəbərlər