Təhsil və elm

UNEC-də II qrup üzrə yeni - İXTİSAS AÇILIB

UNEC-də II qrup üzrə yeni - İXTİSAS AÇILIB | FED.az
12:04 20 İyul 2020

UNEC-də 2020/2021-ci tədris ilindən II ixtisas qrupu üzrə “Beynəlxalq ticarət və logistika” ixtisası açılıb.

Eləcə də bax: UNEC tələbəsi: “Bir il təhsil haqqı ödəməklə Montpellier universitetinin diplomunu qazanırsız!”

Universitetdən FED.az-a verilən məlumata görə, “Beynəlxalq ticarət və logistika” ixtisası üzrə təhsil alan bakalavrlar gələcəkdə öz ixtisasları üzrə iqtisadiyyat, mühasibatlıq, beynəlxalq ticarət, logistika və digər mühüm əhəmiyyət kəsb edən sahələrə aid nəzəri və praktik biliklərə yiyələnəcəklər.

İxtisas 4 dildə (Azərbaycan, türk, ingilis və rus) müvafiq fakültələrdə tədris olunacaq.

Qeyd edək ki, UNEC-də bakalavr dərəcəsində II qrupu üzrə “Maliyyə”, “Mühasibat”, “İqtisadiyyat”, “Biznesin idarəedilməsi”, “Statistika”, “Beynəlxalq ticarət və logistika”, “Marketinq”, “Menecment” və “Dövlət və bələdiyyə idarəetməsi” ixtisaslarına qəbul aparılır.

Digər xəbərlər