Təhsil və elm

UNEC Stanford Universitetinin "Coursera for Campus" - PROQRAMINA QOŞULDU

UNEC Stanford Universitetinin "Coursera for Campus" - PROQRAMINA QOŞULDU | FED.az
16:17 30 Mart 2020

FED.az xəbər verir ki, Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) Stanford Universitetinin (ABŞ) "Coursera for Campus" proqramına qoşulub.

Eləcə də bax: UNEC-də imtahanların da - DİSTANT KEÇİRİLMƏSİ MÜMKÜNDÜR

UNEC tələbələri dünyanın aparıcı 18 universitet və şirkətinin (Duke University, University of London, Yale University, Johns Hopkins University, Illinois University, University of Michigan, UC San Diego University, Univeristy of Virginia, Hong Kong University, Indian School of Business, HEC Paris School of Management, University of Colorado, Monterrey Institute of Technology and Higher Education, University of Los Andes of Colombia, Pontifical Catholic University of Chile, Şirkətlər: IBM, Google, Intel) 400 ixtisas üzrə 4262 on-line kurslarına ödənişsiz qatılmaq imkanı əldə ediblər.

 "Coursera for Campus" kurslarını bitirərək, müvafiq sertifikat əldə edən UNEC-in bakalavr və magistrləri həmin fənlər üzrə nəzərdə tutulmuş imtahanlardan azad ediləcəklər. Artıq UNEC-in 1980 tələbəsi və 12 müəllimi qeydiyyatdan keçərək, dərslərə başlayıblar.

Digər xəbərlər