Banner

Təhsil və elm

Xaricdə təhsil alanların maliyyələşdirilməsi qaydası - MƏLUM OLUB

Xaricdə təhsil alanların maliyyələşdirilməsi qaydası - MƏLUM OLUB | FED.az
15:52 1 İyul 2020

"Əgər universitetlər dərsləri onlayn keçəcəksə, o zaman onlara xərclərin ödənilməsi məsələsinə yenidən baxılacaq".

Eləcə də bax: Xaricdə təhsil alan tələbələrin təhsil haqqı ilə bağlı - RƏSMİ AÇIQLAMA

FED.az xəbər verir ki, bunu Təhsil Nazirliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin rəhbəri Nicat Məmmədli “2019-2023 Dövlət Proqramı” çərçivəsində xaricdə doktorantura təhsili və ikili diplom proqramlarının təşkili mövzusunda keçirilən onlayn brifinqdə deyib.

Onun sözlərinə görə, doktorantura təhsilinin maliyyələşmə 2 istiqamətdə baş verir: “Birincisi universitetlərə qəbul olan tələbənin təhsil haqqının ödənilməsi, ikincisi isə tələbənin yaşayış üçün xərclərin ödənilməsidir. Bu zaman məsələyə tələbənin oxuduğu yaşayış standartına uyğun baxılacaq. Əgər tələbə oxuyursa və təhsil xərcləri varsa təhsil haqqı proqram tərəfindən veriləcək”.

Təhsil Nazirliyinin sektor müdiri Müjdət Həsənov bildirib ki, pandemiyanın şəraitinə uyğun bu məsələyə fərdi şəkildə baxılacaq. “Əgər dərslər onlayn olacaqsa və tələbə həmin şəhərdə olmayacaqsa o zaman yaşayış xərcinin ödənilməsi nəzərdə tutulmur”. (Report)

Digər xəbərlər

Banner