Banner

Tenderlər

Azərbaycan bankı yanğınsöndürmə sistemi alır - TENDER

Azərbaycan bankı yanğınsöndürmə sistemi alır - TENDER | FED.az
12:44 8 İyul 2020

Beynəlxalq Bank ASC tender elan edir.

Eləcə də bax: "Yelo Bank" təhlükəsizlik sistemləri avadanlıqlarının alınması üzrə - TENDER KEÇİRİR

FED.az xəbər verir ki, bank Baş ofis və inzibati binalarında Yanğın söndürmə sistemlərin və xidmətlərin satın alınması.

Tenderdə iştirak etmək istəyən şirkətlərin xidmət göstərən sahə üzrə ən azı 3 (üç) il iş fəaliyyəti olması tələb olunur.

İştirak haqqı: 100 manat 

İştirak haqqı heç bir halda geri qaytarılmır.

İştirakçılar Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu Bakı şəhəri, Nəsimi rayonu, Nizami küçəsi, 67 nömrəli ünvandan (əlaqələndirici şəxs: Nərgiz İsgəndərli, telefon: 012 4930091, daxili 8208, elektron poçt ünvanı: [email protected]) ala bilərlər.

 Tenderdə iştirak üçün təqdim ediləcək sənədlər:

-tenderdə iştirak etmək üçün yazılı müraciət (ərizə);

-tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;

-tender təklifi (tender zərflərinin açıldığı tarixdən (27 iyul 2020-ci il) sonra azı 30 (otuz) bank günü (yəni ən azı 09 sentyabr 2020-ci il tarixinədək) qüvvədə olmalıdır;

-tender təklifi dəyərinin 1 (bir) faizi həcmində bank təminatı (tender təklifinin qüvvədə olma müddətinin sonuncu günündən azı 30 bank günü çox olmalıdır (yəni ən azı 20 oktyabr 2020-ci il tarixinədək qüvvədə olmalıdır);

- iddiaçının Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərinin olmaması haqqında müvafiq vergi orqanından arayış;

-iddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;

-iddiaçının son bir ildəki (əgər daha az müddət fəaliyyət göstərirsə, bütün fəaliyyəti dövründəki) maliyyə vəziyyəti haqqında bank arayışı;

-iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və bank rekvizitləri;

-iddiaçının öz mülahizəsinə uyğun digər sənədlər.

Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsli və surəti) tərtib olunmalıdır (xarici dildə olan tender təklifləri Azərbaycan dilinə tərcümə olunmalıdır).

İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) 20 iyul 2020-cı il saat 17:00-a qədər, tender təklifi və bank təminatını isə möhürlənmiş ikiqat zərflərdə 24 iyul 2020-cı il saat 17.00-a qədər Bakı şəhəri, Nəsimi rayonu, Nizami küçəsi, 67 nömrəli ünvana təqdim etməlidirlər.

Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır.

İddiaçıların təklifləri 27 iyul 2020-cı il saat 16.00-da Bakı şəhəri, Nəsimi rayonu, Nizami küçəsi, 67 nömrəli ünvanda açılacaqdır.

İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər. İştirak edən nümayəndələr səlahiyyətlərini təsdiq edən sənədi (etibarnamə) mütləq şəkildə təqdim etməlidirlər.

Digər xəbərlər

Banner