Tenderlər

Azərbaycanda dövlət tenderini udan şirkət - ONDAN İMTİNA EDİB

Azərbaycanda dövlət tenderini udan şirkət - ONDAN İMTİNA EDİB | FED.az
19:11 23 May 2020

Azərbaycanda dövlət tenderini qazanan şirkət ondan imtina edib.

FED.az xəbər verir ki, dövlət satınalmalarında nadir hadisə sayılan bu hal ismayıllı rayonunda baş verib.

Azərbaycanda ən az tender keçirən rayonlar – SİYAHI, MƏBLƏĞLƏR

İsmayıllı rayon İcra Hakimiyyəti tərəfindən şəhərdaxili avtomobil yollarının əsaslı təmiri məqsədilə açıq tender proseduru keçirilib və tenderin qalibi “İsmayıllı Tikinti-27” ASC-ti olub.

İcra hakmiyyətindən verilən məlumata görə, podratçı təşkilatla 05 may 2020-ci il tarixli 01/2020 nömrəli satınalma müqaviləsi imzalanıb, lakin “İsmayıllı Tikinti-27” ASC-nin sədri 08 may 2020-ci il tarixli 62 nömrəli məktubla RİH başçısına müraciət ünvanlayaraq səhətində yaranmış problemlərlə əlaqədar müqavilə şərtlərini yerinə yetirə bilməyəcəyini bildirərək müqavilənin qarşılıqlı razılaşma əsasına ləğv edilməsini xahiş edib.

«Qeyd olunanları nəzərə alaraq, RİH başçısının 22 may 2020-ci il tarixli 68 nömrəli sərəncamı ilə İsmayıllı Rayon İcra Hakimiyyəti və “İsmayıllı Tikinti-27” ASC arasında bağlanmış müqaviləyə xitam verilmişdir»-deyə icra hakimiyyətindən bildirilib.

Digər xəbərlər

Banner