Səhiyyə Nazirliyi açıq tender elan edir
Tender 1 lot üzrə keçiriləcəkdir.
Lot-1. Samux Rayon Mərkəzi Xəstəxanasının tikintisi işlərinin satın alınması (1-ci mərhələ).
İddiaçılara təklif olunur ki, “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun öz tender təkliflərini möhürlənib imzalanmış, ikiqat bağlı zərfdə yazılı surətdə təqdim etsinlər. İddiaçılar Lot üçün 400 (dörd yüz) manat məbləğdə iştirak haqqını qeyd olunan hesaba köçürdükdən sonra tender sənədlərini Azərbaycan Respublikası Səhiyyə Nazirliyindən (Bakı şəhəri, M.Mirqasımov küçəsi 1A, (012) 565-12-41) ala bilərlər.
Rekvizitlər: Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi
VÖEN- 1400049171
Adı- Dövlət Xəzinədarlıq Agentliyi
Kod-210005
VÖEN- 1401555071
M/h- АZ41NABZ01360100000000003944
S.W.İ.F.T BİK: CTREAZ22
H/h- АZ81CRTE00000000000002128201
Fond- 7,
iqtisadi təsnifat kodu-142340
Xəzinə hesab kitabı- 002730
İştirak haqqı heç bir halda geri qaytarılmır. Tenderin əsas şərtlər toplusu Azərbaycan dilində hazırlanmışdır. Tender təklifləri möhürlənib imzalanmış ikiqat zərfdə 8 noyabr 2019-cu il saat 17.00-a kimi tender komissiyasına təqdim edilməlidir. İddiaçılar tenderdə iştirak üçün aşağıdakı sənədləri (tender təklifi və təklifin 1faiz bank zəmanəti istisna olmaqla) zərfdə 1 noyabr 2019-cu il saat 17.00-a kimi tender komissiyasına təqdim etməlidirlər.
- tenderdə iştirak etmək üçün yazılı müraciət;
- təmir-tikinti və quraşdırma işlərinin həyata keçirilməsi barədə lisenziya;
- müəssisənin maddi- texniki bazası və kadr potensialı barədə təsdiq edilmiş məlumat;
- təmir-tikinti sahəsində ən azı 3 (üç) illik iş təcrübəsi olmaqla, maliyyə dövriyyəsi yüksək və səhiyyə müəssisələrinin təmir-tikintisində təcrübəsi olan iddiaçılara bal sistemi zamanı qiymətləndirilmədə üstünlük veriləcəkdir.
- tender iştirakçısının cari maliyyə vəziyyətinin yaxşılığını və gələcəkdə davamlı olaraq mənfəətliliyini nümayiş etdirən sənədlər. Sifarişçini qane edəcək digər maliyyə hesabatları. Tender iştirakçısının ümumi kapitalı ilə ümumi öhdəlikləri arasındakı riyazi fərq müsbət olmalıdır.
- iştirak haqqının ödənilməsi barədə bank sənədi;
- iddiaçının tam adı, hüquqi statusu, Azərbaycan Respublikasında qeydiyyatı və rekvizitləri (hüquqi sənədlərin surəti, notarial qaydada təsdiq olmalıdır);
- iddiaçının vergilərə və icbari ödənişlərə aid borcunun olub-olmaması haqqında müvafiq arayış. İddiaçılar tender təklifi (zərflərin açıldığı gündən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır) və ümumi təklifin 1 faizi həcmində tender təklifini və bank zəmanətini (təklifin qüvvədə olma müddətindən 30 bank günündən çox olmalıdır) ikiqat bağlı zərfdə 8 noyabr 2019-cu il saat 17.00-a kimi tender komissiyasına təqdim etməlidirlər.
Göstərilən vaxtdan gec təqdim olunan zərflər açılmadan geri qaytarılacaqdır. İddiaçıların təklif zərfləri yuxarıda qeyd olunan ünvanda 12 noyabr 2019-cu il saat 15.00-da açılacaqdır.