Tenderlər

Azərbaycanın biznes cənnətinə işıq çəkilir - ELAN

Azərbaycanın biznes cənnətinə işıq çəkilir - ELAN | FED.az
09:49 14 İyul 2020

“Azərişıq” ASC ilkin elektrik işlərinin layihələndirilməsi və aparılması işlərinin satın alınması məqsədilə açıq tender elan edir.

Eləcə də bax: Azərbaycanda yeni - AQROPARK YARADILIR

FED.az xəbər verir ki, ilkin elektrik işlərinin layihələndirilməsi və aparılması işləri Ələt azad iqtisadi zonası ərazisində aparılacaq.

Tenderdə iştirak haqqı 400 manatdır.

Tenderdə iştirak etmək istəyənlər əsas şərtlər toplusunu Bakı şəhəri, Ə. Qayıbov küçəsi, 8 ünvanında yerləşən "Azərişıq” ASC-nin inzibati binasından ala bilərlər.

Əlaqələndirici şəxs - Namiq Heybətov, telefon: 440-39-93 daxili (23-71)

İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) 21 avqust 2020-ci il saat 16:00-a qədər, ixtisas uyğunluğu prosedurunu keçmiş iddiaçılar isə tender təklifi və bank təminatını möhürlənmiş ikiqat zərfdə 31 avqust 2020-ci il saat 16:00-a qədər Bakı şəhəri, Ə.Qayıbov küçəsi, 8 ünvanına təqdim etməlidirlər.

İddiaçıların təklifləri 01 sentyabr 2020-ci il saat 16:00-da Ə.Qayıbov küçəsi, 8 ünvanında - "Azərişıq” ASC-nin inzibati binasında açılacaqdır.

Digər xəbərlər