Banner

Tenderlər

Azərenerji tender - ELAN EDİR

Azərenerji tender - ELAN EDİR | FED.az
16:28 19 İyun 2021

“Azərenerji” ASC  müxtəlif növ sərfiyyat mallarının satın alınması üzrə açıq tender elan edir.

Rayon Mərkəzi Xəstəxanası kotirovka sorğusu - ELAN EDİR

FED.az xəbər verir ki, tender iştirakçılarına təklif edilir ki, öz tender təkliflərini dövlət satınalmalarının vahid internet Portalı vasitəsilə təqdim etsinlər. Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar.

Tenderdə iştirak etmək istəyənlər 500 manat iştirak haqqını yalnız “ASAN ödəniş” vasitəsilə həyata keçirdikdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu https://etender.gov.az/ dövlət satınalmalarının vahid internet Portalı vasitəsilə adıçəkilən tenderin bölməsindən əldə edə bilərlər (Əlaqələndirici şəxs: Araz Məmmədzadə, telefon: 490-09-27, 598-26-96;).

İddiaçı şirkətlərin “asan/elektron” imzalarının olması zəruridir. Yalnız “ASAN imzası”, yaxud elektron imzası olan iddiaçı dövlət satınalmalarının vahid internet Portalında qeydiyyatdan keçə bilər.

 

Hesab: AZ35AIIB33020019441024659102

VÖEN: 9900000421

Bank: “Kapital Bank” ASC Mərkəz Filialı

Kod: 200026

VÖEN: 9900003611

M/H: AZ37NABZ01350100000000001944

S.W.I.F.T: AIIBAZ2X

İştirak haqqı heç bir halda geri qaytarılmır.

 

İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

- tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;

- tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);

- tender təklifi dəyərinin 1 faizi həcmində bank təminatı tender təklifinin qüvvədə olduğu müddətdən ən azı 30 bank günü artıq olmalıdır;

- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından arayış. Vergi orqanları tərəfindən təsdiqlənməlidir;

- son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergiödəyicisinin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmaması. Vergi orqanları tərəfindən təsdiqlənməlidir;

- iddiaçının mikro, kiçik, orta və ya iri sahibkarlıq subyektlərinə aid olması ilə bağlı sənəd;

- iddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;

- iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;

- iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;

- müvafiq lisenziyalar və sertifikatlar.

Sənədlər Azərbaycan dilində skan olunaraq dövlət satınalmalarının vahid internet Portalına yüklənməlidir (xarici dildə olan tender təklifləri Azərbaycan dilinə tərcümə olunmalıdır).

Tender proseduru “Dövlət satınalmaları haqqında” qanuna uyğun keçiriləcəkdir.

İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) 12  iyul 2021-ci il saat 09:00-a qədər,  bank təminatını və tender təklifi isə 22  iyul 2021-ci il saat 09:00-a qədər dövlət satınalmalarının vahid internet Portalı vasitəsilə təqdim etməlidirlər.

Göstərilən vaxtdan gec təqdim olunmuş təkliflərə baxılmayacaq.

İddiaçıların tender təklifləri 23 iyul 2021-ci il saat 09:00-da dövlət satınalmalarının vahid internet Portalı vasitəsilə açılacaqdır.

Banner
Banner

Digər xəbərlər