Tenderlər

“Bakı Metropoliteni” 390 min manatlıq tenderə - YEKUN VURUB

“Bakı Metropoliteni” 390 min manatlıq tenderə - YEKUN VURUB | FED.az
15:48 10 Aprel 2020

"Bakı Metropoliteni" QSC obyektlərində istismarda olan su və kanalizasiya xətləri üçün mal-materiallarının satın alınması ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub.  

Eləcə də bax: "Bakı Metropoliteni"nin 1,2 milyon manatlıq tenderini - BU ŞİRKƏT QAZANDI

FED.az bu barədə vahid dövlət satınalmaları portalına istinadən xəbər verir.

Məlumata görə, tenderin qalibi "Caspian Energy Group" MMC-dir. Qalib şirkətə 390 554 manat ödəniləcək. 

2010-cu ilin oktyabr ayında yaradılmış "Caspian Energy Group"un nizamnamə kapitalı 20 manat, qanuni təmsilçisi isə Aydayev Natiq Fəxrəddin oğludur.

Report

Digər xəbərlər

Banner