Tenderlər

Bakıda yeni istirahət parkı salınacaq - MÜQAVİLƏ

Bakıda yeni istirahət parkı salınacaq - MÜQAVİLƏ | FED.az
11:41 13 İyul 2020

"Bakı Şəhər Əsaslı Tikinti və Təmir" MMC yeni istirahət parkının salınması üçün elan etdiyi layihə-smeta tenderinin qalibini açıqlayıb.

Eləcə də bax: İcra hakimiyyəti şəhərdə abadlıq işlərinə - 3 MİLYON MANAT XƏRCLƏYƏCƏK

FED.az xəbər verir ki, tenderi "TFM-SMART PROJECT" MMC qazanıb.

"Bakı Şəhər Əsaslı Tikinti və Təmir" MMC 4 ha ərazidə yeni istirahət parkının salınmasının layihə-smeta sənədlərinin hazırlanması üçün “TFM-SMART PROJECT" MMC ilə  87 min manatlıq müqavilə imzalayıb.

Qeyd edək ki, park Bakı şəhəri, Yasamal rayonu, Moskva prospekti 75, 75A saylı binaların arxasında (Cəfər Cabbarlı kinostudiyasının arxası) istifadəsiz ərazidə salınacaq.

Digər xəbərlər

Banner