Tenderlər

«BakuBus» sığorta xidmətləri alır – TƏKLİFLƏR SORĞUSU

«BakuBus» sığorta xidmətləri alır – TƏKLİFLƏR SORĞUSU | FED.az
10:22 19 May 2020

FED.az xəbər verir ki, «BakuBus» MMC sığorta xidmətlərinin təkliflər sorğusu üsulu ilə satın alınmasını həyata keçirir.:

Lot 1. “Baku Bus” MMC-yə məxsus olan Neoplan, İveco, Mercedes Sprinter markalı avtonəqliyyat vasitələrinin (avtobuslarının və mikro avtobuslarının) və minik avtomobillərinin Avtonəqliyyat Vasitəsinə Dəymiş Zərərin Könüllü (Avtokasko) Sığortası satın alınması

Prosedur iştirakçılarına təklif edilir ki, öz qiymət təkliflərini möhürlənmiş, zərflərdə yazılı surətdə təqdim etsinlər.

Təkliflər sorğusunda iştirak etmək üçün sənədlər 21.05.2020 11:00 tarixinədək qəbul olunur

Müqaviləni yerinə yetirmək üçün iştirakçılar lazımi maliyyə və texniki imkanlarına malik olmalıdırlar. Maraqlanan şəxslər ətraflı məlumatı Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, Zığ-Hövsan yolu, 1-ci km, “1” (Əlaqələndirici şəxs: Ramiq Zeynalov telefon: 404-11-10) ünvanından ala bilərlər.

İştirak haqqı: Lot 1: 500 AZN

Bank rekvizitləri:

Hesab: AZ59AZRT38050019440004549002

VÖEN: 1701622931

Bank: AZƏR-TÜRK BANK ASC Mərkəz filialı

Kodu: 501361

VÖEN: 9900006111

M/H: AZ02NABZ01350100000000022944

S.W.İ.F.T AZRTAZ22

İştirak haqqı heç bir halda geri qaytarılmır.

İddiaçılar müsabiqədə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

- Təkliflər sorğusunda iştirak etmək üçün yazılı müraciət;

- İddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri

- Qiymət təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);

- Qiymət təklifi dəyərinin 1 %-i həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 60 bank günü qüvvədə olmalıdır);

- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından arayış;

- İddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti; - İddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;

- Podratçının müəyyən etdiyi digər sənədlər.

Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsli və surəti) tərtib olunmalıdır (xarici dildə olan qiymət təklifləri Azərbaycan dilinə tərcümə olunmalıdır).

Təkliflər sorğusu proseduru “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununa uyğun keçiriləcəkdir. İddiaçılar prosedurda iştirak etmək üçün yuxarıda göstərilən sənədləri qeyd olunan tarixədək Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, Zığ-Hövsan yolu, 1-ci km, “1” ünvanında yerləşən inzibati binasına yazılı formada təqdim etməlidirlər.

Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır.

İddiaçıların təklifləri 22.05.2020-ci il, saat 11:00-da Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, Zığ-Hövsan yolu, 1-ci km, “1” ünvanında yerləşən inzibati binasında açılacaqdır. Zərflərin açılmasında iddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.

Digər xəbərlər