Banner

Tenderlər

Bərdədə təmir işləri – TENDER ELANI

Bərdədə təmir işləri – TENDER ELANI | FED.az
16:20 5 Fev 2019
FED.az TENDER xəbər verir ki, BƏRDƏ RAYON İCRA HAKİMİYYƏTİ BƏRDƏ ŞƏHƏR İƏD ÜZRƏ İCRA NÜMAYƏNDƏLİYİ AÇIQ TENDERƏ DƏVƏT EDİR:

Tender 3 lot üzrə keçirilir:
lot 1 - Şəhərdə abadlıq işləri
lot 2 - Yolların əsaslı təmiri işləri
lot 3 - Mənzil fondunun əsaslı təmiri işləri


Tender iştirakçılarına təklif edilir ki, öz tender təkliflərini möhürlənmiş, imzalanmış şəkildə ikiqat zərflərdə yazılı surətdə təqdim etsinlər.
Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlarına malik olmalıdırlar.
Tenderdə iştirak etmək istəyənlər lot üzrə aşağıdakı məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu Bərdə, Heydər Əliyev pr. 78 (Əlaqələndirici şəxs :İsmayılov Məhəmməd Əkbər oğlu, telefon :(020) 205-31-72) ünvanından ala bilərlər .

İştirak haqqı
lot 1 - 300 manat 
lot 2 - 300 manat 
lot 3 - 150 manat 

 
Hesab: AZ38CTRE00000000000002515132
VÖEN 4000188451
Bank: Kapital Bank Bərdə filialı 
Kodu: 210005
VÖEN: 9900003611
M/H: AZ07NABZ01360100000000004944
S.W.İ.F.T: BIK:AIIBAZ2X

İştirak haqqı heç bir halda geri qaytarılmır.
İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:
Tenderdə iştirak etmək üçün yazılı müraciət;
Tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;
Tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);
Tender təklifi dəyərinin 1 % -i həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 60 bankgünü qüvvədə olmalıdır);
Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqandan arayış; 
İddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;
İddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;
İddiaçının tam adı hüquqi statusu, nizamnaməsi qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;
İddiaçılar müvafiq mallar üzrə mənşə və uyğunluq sertifikatları;
Digər sənədlər:
 
Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsli və surəti) tərtib olunmalıdır (xarici dildə olan tender təklifləri Azərbaycan dilinə  tərcümə olunmalıdır). 
Tender proseduru «Dövlət satınalmaları haqqında» qanuna uyğun keçiriləcəkdir.
İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) 2019-03-12 17:00 tarixinə qədər, tender təklifi və bank təminatını isə möhürlənmiş ikiqat zərfdə 2019-03-27 17:00qədər Bərdə, Heydər Əliyev pr. 78 ünvanına təqdim etməlidirlər.
Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır. 
İddiaçıların təklifləri 2019-03-28 17:00 tarixində Bərdə şəhəri Heydər Əliyev prospekti 78 ünvanında açılacaqdır.
İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.
 

 

Digər xəbərlər

Banner