Tenderlər

BNA 3,3 milyonluq tenderlərinin qaliblərini açıqlayıb - MÜQAVİLƏ

BNA 3,3 milyonluq tenderlərinin qaliblərini açıqlayıb - MÜQAVİLƏ | FED.az
21:36 6 Avq 2020

Bakı Nəqliyyat Agentliyi 3 böyük tenderinin qalibini açıqlayıb.

Eləcə də bax: "Bakı Kristal Zalı" dam örtüyünün təmirini bu şirkətə tapşırdı - MƏBLƏĞ

FED.az xəbər verir ki, tenderləri "Techmaster" MMC, "Mobil-MMXA LTD" MMC və "Mint Services" MMC qalib olub. Bakı Nəqliyyat Agentliyi 3 tenderə 3 milyon 363 min 212 manat xərcləyək.

BNA şirkətlərlə bağladığı müqavilələr aşağıdakılardır:

"Techmaster" MMC ilə 2 milyon 69 min 545 manatlıq müqavilə.

Müqavilənin adı: Svetofor məntəqələri və həmin məntəqələr üzrə müvafiq işlərin görülməsi, avadanlıqların və mal-materialların daimi olaraq işlək vəziyyətdə saxlanılması üçün aylıq texniki xidmətin göstərilməsi, habelə mövcud svetofor məntəqələrinin yeraltı kommunikasiya xətlərinin dəyişdirilməsi və yenilənməsi işlərinin görülməsi məqsədilə mal, iş və xidmətlər.

"Mobil-MMXA LTD" MMC ilə 669 min 968 manatlıq müqavilə.

Müqavilənin adı: Yeraltı avtomobil qarajlarında ödəmə terminalları, kamera nəzarət sisteminin yenidən qurulması üçün avadanlıqlar, zəruri proqram təminatı, şəbəkə infrasturukturunun yenilənməsi, server və avadanlıqları üzrə lazımi mal, iş və xidmətlər.

"Mint Services" MMC ilə 627 min 699 manatlıq müqavilə.

Müqavilənin adı: Təmizlik xidmətləri.

Digər xəbərlər