Banner

Tenderlər

Dövlət qurumu 5 lot üzrə - TENDER ELAN EDİB

Dövlət qurumu 5 lot üzrə - TENDER ELAN EDİB | FED.az
16:19 3 Mart 2021

«Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi” Publik Hüquqi Şəxsi tender elan edir. 

 

FED.az xəbər verir ki, Tender 5 lot üzrə keçirilir:

Lot 1 - Dezinfeksiya, dezinseksiya və deratizasiya işlərinin görülməsinin satın alınması

Lot 2 - İnzibati binada yerləşən VRF tipli mərkəzləşdirilmiş kondisioner sisteminə teniki xidmətin göstərilməsinin satın alınması

Lot 3 - Liftə texniki xidmətin göstərilməsinin satın alınması

Lot 4 - Kompüter şəbəkəsinə, serverlərə, TV sistemlərinə, telefon sisteminə, ofis avadanlıqlarına və periferik qurğulara texniki xidmət və cari təmir xidmətinin göstərilməsinin satın alınması

Lot 5 - Minivan tipli nəqliyyat vasitəsinin satın alınması

Tender iştirakçılarına təklif edilir ki, https://www.etender.gov.az/ - dövlət satınalmalarının vahid internet Portalına (Portal) elektron imzaları vasitəsilə daxil olsunlar və tender haqqında ətraflı məlumatı əldə etsinlər. Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımı maliyyə və texniki imkanlara malik olmalıdırlar.

Tenderdə iştirak etmək istəyən şəxslər lot üzrə müəyyən edilən məbləğdə iştirak haqqını “ASAN Ödəniş” sistemi ilə hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş Əsas Şərtlər Toplusunu əldə edə və müsabiqə üzrə təkliflərini Portal vasitəsi ilə təqdim edə bilərlər

LOT- 1: İştirak haqqı: 50 manat.

LOT- 2: İştirak haqqı: 120 manat

LOT- 3: İştirak haqqı: 27 manat

LOT- 4: İştirak haqqı: 200 manat

LOT-5: İştirak haqqı: 300 manat

İştirak haqqı heç bir halda geri qaytarılmır.

Benefisiar:”Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi” Publik Hüquqi Şəxsi

VÖEN: 1404647361

Hesab: AZ95İBAZ38090019446334693209

Bank: ABB Səbail filialı

VÖEN: 9900001881

Müxbir hesab: AZ03NABZ01350100000000002944

SWİFT: İBAZAZ2X

Kod: 805056

Tenderdə iştirak etmək üçün iddiaçılar aşağıdakı sənədləri təqdim etməlidirlər:

1. Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması barədə müvafiq vergi orqanından arayış;

2. İddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;

3. İddiaçının son bir ildəki (əgər daha az müddət fəaliyyət göstərirsə, bütün fəaliyyəti dövründəki) maliyyə vəziyyəti barədə arayış;

4. İddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və bank rekvizitləri

5. Tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);

6. Tender təklifi dəyərinin 1 %-i həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 60 bank günü qüvvədə olmalıdır);

7. Mikro, kiçik və orta sahibkarlıq subyektlərinə aid olması ilə bağlı məlumat

Əsas Şərtlər Toplusunda müəyyən edilmiş digər müvafiq sənədlər Sənədlər Azərbaycan dilində, tərtib olunmalıdır (xarici dildə olan tender sənədləri Azərbaycan dilinə tərcümə olunmalıdır).

İddiaçılar tender ilə bağlı sualları Portal vasitəsilə Satınalan Təşkilata ünvanlaya bilərlər. Tender proseduru “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun dövlət satınalmalarının vahid internet portalı (www.etender.gov.az ) vasitəsilə keçiriləcəkdir.

İddiaçılar tenderdə iştirak etmək üçün ilkin sənədləri 30.03.2021-ci il, saat 15:00 tarixinə qədər və tender təkliflərini 07.04.2021-ci il, saat 15:15 tarixinə qədər PORTAL VASİTƏSİLƏ təqdim etməlidirlər.

İddiaçıların təklifləri 08.04.2021-ci il, saat 15:00 tarixində açılacaqdır.

İddiaçılar açılışın nəticələri ilə Portal vasitəsi ilə tanış ola bilərlər.

QEYD: Tenderdə iştirak, tenderin qiymətləndirilməsi və digər bütün prosedurlar yalnız elektron qaydada PORTAL vasitəsilə aparılır.

Əlaqələndirici şəxs: Təranə Bayramova, Satınalma mütəxəssisi. Telefon nömrəsi: +994(77) 677-88-78; e-mail: [email protected]

 

Banner
Banner

Digər xəbərlər