Tenderlər

Dövlət şirkəti 15 milyon manatlıq 6 tenderə yekun vurub - QALİB ŞİRKƏTLƏR

Dövlət şirkəti 15 milyon manatlıq 6 tenderə yekun vurub - QALİB ŞİRKƏTLƏR | FED.az
11:49 23 Aprel 2020

“Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC-nin tikilməkdə olan meliorasiya və irriqasiya obyektlərinin birləşmiş müdiriyyəti yaşayış məntəqələrində əkin sahələrinin və əhalinin içməli suya olan tələbatının ödənilməsi üçün subartezian quyularının qazılması və texniki işlərin görülməsi ilə bağlı elan etdiyi 6 açıq tenderə yekun vurub.

Eləcə də bax: Dövlət qurumunun böyük tenderlərini - BU ŞİRKƏTLƏR UDDU - 33 MİLYON MANAT

FED.az xəbər verir ki, tenderlərin qalibləri “Azər Elektrik Tikinti", "İqbal-R", "Azərtranss" və "Şəmkir Su Artezian-Nur” MMC-lərdir.

Qalib şirkətlərə müvafiq olaraq 1 milyon 75 min manat, 5 milyon 924 min manat, 3 milyon 530 min manat və 4 milyon 935 min manat, ümumilikdə isə 15 milyon 464 min manat ödəniləcək.

Digər xəbərlər

Banner