Banner

Tenderlər

Dövlət universitetinə - YENİ KORPUS TİKİLƏCƏK - ELAN

Dövlət universitetinə - YENİ KORPUS TİKİLƏCƏK - ELAN | FED.az
11:04 14 Avq 2020

Təhsil Nazirliyinin Əsaslı Tikinti və Təchizat İdarəsi təkliflər sorğusu keçirir.

Eləcə də bax: Daha bir yaşayış kompleksinə məcburi köçkünlərin köçürülməsinə - BAŞLANILIR

FED.az xəbər verir ki, qurum Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti (ADMİU) üçün əlavə tədris korpusunun tikintisi üzrə layihə-smeta sənədlərinin hazırlanmasını satın alır.

Təkliflər sorğusunda iştirak etmək üçün sənədlər 27 avqust 2020-ci il saat 18:00-a kimi qəbul olunur. Təkliflər sorğusu zərflərinin açılışı 28 avqust 2020-ci il saat 15:00-da Bakı şəhəri, Y.Bakuvi küçəsi,18 ünvanında,Təhsil Nazirliyinin Əsaslı Tikinti və Təchizat İdarəsinin akt zalında keçiriləcəkdir.

Əlaqələndirici şəxs: Sirac Əliyev, tel.: (012) 465-73-48 (daxili: 110).

 

Banner

Digər xəbərlər