Banner

Tenderlər

İcra Hakimiyyəti abadlıq işləri üzrə - Tender Elan Edir

İcra Hakimiyyəti abadlıq işləri üzrə - Tender Elan Edir | FED.az
08:55 27 İyul 2021

Ağcabədi Şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəlik abadlıq işlərinin satın alınması məqsədilə açıq tenderl elan edir.

Aqroservis tenderin qalibini - AÇIQLADI

FED.az xəbər verir ki, tender iştirakçılarına təklif olunur ki, öz tender təkliflərini dövlət satınalmaları­nın vahid internet portalı vasitəsilə elektron formada təqdim etsinlər. Tender təkliflərinin qiymətləndirilməsində aşağıdakı meyarlara üstünlük veriləcəkdir:

-aşağı qiymət, yüksək keyfiyyət, müqavilənin vaxtında yerinə yetirilməsi və podratçının aidiyyəti xidmətlər üzrə ixtisas göstəricilərinin uyğunluğu.

Müqavilənin yerinə yetirilmə müddəti 2021-ci il dekabrın 31-nə kimidir.

Tenderlə əlaqədar məlumat almaq üçün elektron qaydada əlaqələndirici şəxsə müraciət etmək lazımdır. Əlaqələndirici şəxs- Şirinov Nazir Şirin oğlu.

Ünvan- Ağcabədi şəhəri, F.Əlizadə küçəsi 19.

E-mail: [email protected] mail.ru

Tel- 0505451383, 2750224.

Maraqlananlar tenderin əsas şərtlər toplu­sunu (əsas şərtlər toplusu Azərbaycan dilində hazırlanmışdır) tenderdə iştirak üçün elektron müraciət etdikdən və aşağıda qeyd olunan he­saba 150 (bir yüz əlli) manat məbləğində vəsaiti ödədikdən sonra dövlət satınalmalarının vahid internet portalı vasitəsilə elektron qaydada ala bilərlər. Ödənilmiş iştirak haqqı heç bir halda geri qaytarılmır.

Bank rekvizitləri-

VÖEN- 3400109921

H/h- AZ86CTRE 00000000000002515432

Fond- 7Y

Dövlət Xəzinədarlığı Agentliyi

Kod- 210005

VÖEN-1401555071

M/h-AZ41NABZ 01360100000000003944

SWIFT BIK: CTREAZ22

Malgöndərənlər (podratçılar) iddiaçı statusu almaq və tenderdə iştirak üçün aşağıdakı sənədləri təsdiq olunmuş qaydada elektron formada təqdim etməlidirlər.

1. İştirak haqqının ödənilməsini təsdiq edən bank sənədi.

2. Tender təklifi (tender təklifləri zərflərin açıldığı gündən sonra ən azı 30 (otuz) bank günü qüvvədə olmalıdır).

3. Tender təklifinin birinci əlavəsi kimi tender təklifinin ümumi qiymətinin 1 (bir) faizi məbləğində tender təklifinin təminatı – bank zəmanəti (təminatın qüvvədə olma müddəti ten­der təklifinin qüvvədə olma müddətindən sonra ən azı 30 (otuz) bank günü çox olmalıdır).

4. Malgöndərən (podratçı) haqqında tələb olunan sənədlər. Bu sənədlərə aşağıdakılar daxildir.

4.1. Vergilərə və digər icbari ödənişlərə aid yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında arayış.

4.2. İddiaçının fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti.

4.3. Maliyyə vəziyyəti haqqında bank arayışı.

4.4. Son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergi ödəyicisinin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmama­sı barədə arayış.

4.5. İddiaçının nizamnaməsi.

4.6. Dövlət reyestrindən çıxarış (qeydiyyatdan keçdiyi ölkə).

4.7. İddiaçının rekvizitləri.

Malgöndərənlər (podratçılar) 1 və 4-cü bəndlərdə qeyd olunan sənədləri 13 avqust 2021-ci il saat 12.30-a kimi tender komissiyası­na dövlət satınalmalarının vahid internet portalı vasitəsilə elektron təqdim etməlidirlər.

Malgöndərənlər (podratçılar) öz tender təkliflərini 23 avqust 2021-ci il saat 12.30-a qədər elektron portal vasitəsilə təqdim etməlidirlər.

Göstərilən tarixdən gec təqdim edilən təkliflər dövlət satınalmalarının vahid internet portalı vasitəsilə qəbul olunmayacaqdır.

Tender təklifi zərfləri 24 avqust 2021-ci il saat 12.30-da elektron portal vasitəsilə açılacaqdır.

Banner
Banner

Digər xəbərlər