Banner

Tenderlər

İpoteka Fondu investisiya şirkəti axtarır - TENDER 

İpoteka Fondu investisiya şirkəti axtarır - TENDER  | FED.az
08:35 4 İyun 2020

İpoteka və Kredit Zəmanət Fondu qiymətli kağızlarla əməliyyatlar üçün investisiya şirkəti axtarır. 

Eləcə də bax: Bakıdə böyük tikinti tenderləri - ELAN EDİLDİ – MƏKTƏB, TİKİNTİSİ - SİYAHI

FED.az xəbər verir ki, bunun üçün iki tender elan edilib.  

Birinci tenderdə İpoteka və Kredit Zəmanət Fondu üçün qiymətli kağızların öhdəlik götürmədən yerləşdirilməsi və anderraytinqi üzrə xidmətləri satın alınır. Açıq tender 02 iyun 2020-ci il 15:30-da dövlət satınalmalarının vahid internet portalı vasitəsilə başlayıb.  

Tender üzrə ilkin sənədlər 25 iyun 2020-ci il 10:00- dək, təklif zərfləri və təklifin təminatı isə 03 aprel 2020- ci il 18:00-dək qəbul ediləcəkdir. Tender üzrə prosedurlar 07 iyul 2020-ci il tarixində saat 10:00-da təklif zərflərinin açılması ilə başlanılacaq. Satınalma müqaviləsinin icra müddəti 18 (on səkkiz) ay müəyyən edilir. Tender üzrə iştirak haqqı 150 manat məbləğində müəyyən edilmişdir 

İkinci tenderdə İpoteka və Kredit Zəmanət Fondu üçün qiymətli kağızlar ilə aparılan əməliyyatlarla bağlı müştəri sifarişlərinin qəbul və icra edilməsi üzrə xidmətlər satın alınır. Açıq tender 02 iyun 2020-ci il 16:00-da dövlət satınalmalarının vahid internet portalı vasitəsilə başlayıb. 

Tender üzrə ilkin sənədlər 25 iyun 2020-ci il 11:00- dək, təklif zərfləri və təklifin təminatı isə 06 iyul 2020-ci il 18:00-dək qəbul ediləcək. Tender üzrə prosedurlar 07 iyul 2020-ci il tarixində saat 11:00-da təklif zərflərinin açılması ilə başlanılacaq. Satınalma müqaviləsinin icra müddəti 12 (on iki) ay müəyyən edilir. Tender üzrə iştirak haqqı 100 manat məbləğində müəyyən edilib.

Digər xəbərlər

Banner