Tenderlər

İpoteka Fondu investisiya şirkəti axtarır - TENDER ELANI

İpoteka Fondu investisiya şirkəti axtarır - TENDER ELANI | FED.az
13:05 8 Noy 2019

FED.az xəbər verir ki, İpoteka və Kredit Zəmanət Fondu üçün qiymətli kağızlar ilə aparılan əməliyyatlarla bağlı müştəri sifarişlərinin qəbul və icra edilməsi üzrə xidmətlərin satın alınması üzrə tender elan edir.

Eləcə də bax: Azərbaycanda 5 bank qiymətli kağızlara – 60 MİLYON MANATDAN ÇOX İNVESTİSİYA EDİB

Başlıq

Açıqlama

Miqdar

 

qiymətli kağızlar ilə aparılan əməliyyatlarla bağlı müştəri sifarişlərinin qəbul və icra edilməsi

əməliyyatların həcmi 60 mln. (altmış milyon) manat məbləğində nəzərdə tutulur.

12 ay

 

ÜSL kod (kateqoriya)

Açıq tenderin başlama tarixi və vaxtı - 08.11.2019 12:00

Tələb olunan sənədlərin təqdim edilməsinin son tarixi və vaxtı - 03.12.2019 15:00

Tender təklifinin təqdim edilməsinin son tarixi və vaxtı - 11.12.2019 18:00

Zərflərin açılış tarixi və vaxtı - 12.12.2019 15:00

İştirak haqqı: 150 AZN

Tenderdə iştirak haqqının ödənilməsi üçün satınalan təşkilatın bank rekvizitləri:

Hesab: AZ57NABZ01360450000000005944

VÖEN: 9900071001

Bank: Azərbaycan Respublikasının Mərkəzi Bankı

Kodu: 501004

M/H: AZ74NABZ01451700000000001944

S.W.İ.F.T: NABZAZ2C

Tələb olunan sənədlərlə bağlı https://etender.gov.az/competition/open-tenders linkdən ətraflı məlumat əldə edə bilərsiniz.

Təşkilat VOEN: 1403502281

Təşkilatın ünvanı: AZ1014, Bakı şəhəri, Bül-bül prospekti 40

Əlaqə: Nuray Rəşidli

Satınalamalar Komissiyasının katibi

(+99412) 441 24 23 ( daxili 203)

(+99412) 441 24 23 ( daxili 203)

Tələb olunan iddiacıların sayı: 3

• məlumat mübadiləsi yalnız dövlət satınalmaları vahid internet portalı vasitəsilə aparılır;

• məxfi məlumatlarla əlaqədar satınalmalar zamanı belə məlumatların qorunması üçün satınalan təşkilat tərəfindən tədbirlər görülür;

• satınalan təşkilat və ya onun adından malgöndərənə (podratçıya), həmçinin malgöndərənlər (podratçılar) tərəfindən satınalan təşkilata məlumatların ötürülməsi yalnız dövlət satınalmaları vahid internet portalı vasitəsilə aparılır;

Dövlət satınalmaları vahid internet portalına daxil olma, təkliflərin təqdim edilməsi elektron imza və ya Asan imza vasitəsilə mümkündür.

Elektron satınalma Dövlət satınalmaları haqqında Azərbaycan Respublikasının Qanunun 50-3-cü maddəsinə uyğun olaraq malgöndərənlərə (podratçılara) təqdim olunan meyarlar əsasında bağlanılır

Tender təklifləri, eləcədə bütün yazışmalar və sənədlər Azərbaycan dilində tərtib olunmalıdır (xarici dildə olan tender təklifləri Azərbaycan dilinə tərcümə olunmalıdır). Malgöndərənlər (podratçılar) Tender təkliflərini, eləcədə bütün sənədləri və müraciətləri Dövlət satınalmaları üzrə vahid internet portalı vasitəsi ilə təqdim etməlidirlər. Müsabiqədə göstərilən vaxtdan gec təqdim olunmuş sənədlər və təkliflər qəbul olunmayacaq. Malgöndərənlər (podratçılar)səlahiyyətli nümayəndələri portala daxil olmaqla iştirak edə bilərlər. Tender zərflərinin açılışı, tenderin qiymətləndirilməsi və bütün prosedurlar yalnız elektron qaydada vahid internet Portalı vasitəsilə aparılır. Bunun üçün podratçı Asan imza, ya da Elektron İmzanın sahibi olmalıdır.

Tender proseduru “Dövlət satınalmaları haqqında” Qanuna uyğun keçiriləcəkdir. Qanun və digər aidiyyəti normativ hüquqi aktlar ilə Portalın qanunvericilik hissəsində (https://etender.gov.az/laws) tanış ola bilərsiz.

Malgöndərənlər (podratçılar) bu tenderə dair izahatları Portalın sual-cavab hissəsi vasitəsilə satınalan təşkilata müraciət edərək ala bilərlər.

Satınalan təşkilatın bu tenderin keçirilməsi zamanı qanunvericiliklə müəyyən olunmuş vəzifələrini yerinə yetirməməsi nəticəsində itkiyə və ya zərərə düşdüyünü bəyan edən malgöndərənin “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununun (Bakı şəhəri, 27 dekabr 2001-ci il, № 245 – II Q) VIII fəslində və digər qanunvericilikdə nəzərdə tutulmuş qaydada və prosedurlara uyğun şikayət vermək hüququ vardır. Şikayətlər portal vasitəsi ilə təqdim olunur.

Elektron satınalma vasitəsilə açıq tenderin keçirilməsi zamanı bu Qanunun 40.1-ci maddəsində nəzərdə tutulan bildiriş tender təklifi aksept edildikdən sonra tender təklifini vermiş malgöndərənə (podratçıya) dövlət satınalmalarının vahid internet portalı vasitəsilə göndərilir. Elektron satınalma vasitəsilə keçirilən müsabiqə üzrə satınalma müqaviləsi tenderin qalibi ilə dövlət satınalmalarının vahid internet portalı vasitəsilə elektron qaydada bağlanılır və bu Qanuna əsasən tələb olunduğu hallarda müqavilənin yerinə yetirilməsi təminatı həmin portal vasitəsilə təqdim edilir.

Digər xəbərlər