Tenderlər

KOBİA Sumqayıtda açılacaq yeni mərkəz üçün 287 min manatlıq - Məsləhət Xidməti Alır

KOBİA Sumqayıtda açılacaq yeni mərkəz üçün 287 min manatlıq - Məsləhət Xidməti Alır | FED.az
17:13 13 Avq 2020

Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi Publik Hüquqi Şəxs məsləhər xidməti üçün 287 min manat xərcləyəcək.

Eləcə də bax: KOBİA Gəncədə - MƏRKƏZ AÇIR

FED.az  xəbər verir ki, KOBİA “Universitas-İnternational” MMC ilə müqavilə bağlayıb.

Müqavilədə Sumqayıt şəhərində Kiçik və Orta Biznesin İnkişafı Mərkəzinin fəaliyyətə başlaması üçün təşkilati işlərin həyata keçirilməsi, Mərkəzdə KOB-lara təlim və seminarların keçirilməsi, habelə məsləhət və dəstək xidmətləri nəzərdə  tutulub.

Müqavilənin ümumi məbləği isə 287 min 11 manatdır.

Bildirək ki, “Universitas-İnternational” MMC 2017-ci ildə dövlət qeydiyyatına alınıb. Bu şirkətin nizamnamə kapitalı 10 manatdır və qanuni təmsilçisi Araz Paşayev Nadir oğludur.

Onu da qeyd edək ki, “Universitas-İnternational”  şirkəti geniş idarəetmə və texniki universitet və kollec sertifikat kursları təklif edən yeganə təlim təşkilatıdır.

Digər xəbərlər