Mərkəzi Bank lisenziyaların dəstəklənməsi xidməti üçün keçirdiyi tenderin qalibini açıqlayıb.
Eləcə də bax: Səhiyyə Nazirliyi bu şirkətə - 5,5 MİLYON MANAT ÖDƏYƏCƏK - MÜQAVİLƏ
FED.az xəbər verir ki, tenderi "GT Solyuşnz" MMC qazanıb.
Mərkəzi Bank Oracle VBİS lisenziyalarının dəstəklənməsi xidməti üçün "GT Solyuşnz" MMC ilə 831 min 286 manat məbləğində müqavilə imzalayıb.
Qeyd edək ki, Oracle VBİS Real Vaxt Rejimində Banklararası Hesablaşmalar Sistemi və Ani Ödənişlər Sisteminin arxitekturasında istifadə olunur.