Tenderlər

MİDA-nın 5,5 milyon manatlıq tenderlərini - BU ŞİRKƏTLƏR QAZANDI

MİDA-nın 5,5 milyon manatlıq tenderlərini - BU ŞİRKƏTLƏR QAZANDI | FED.az
10:15 15 Avq 2020

"MİDA" MMC tenderlərinin qaliblərini açıqlayıb.

Eləcə də bax: Daha bir yaşayış kompleksinə məcburi köçkünlərin köçürülməsinə - BAŞLANILIR

FED.az xəbər verir ki, “MİDA” 12 tenderə ümumilikdə 5 milyon 452 min 788 manat xərcləyəcək.

Tenderlər, məbləğləri və qalib şirkətlər aşağıdakılardır:

"11 saylı İxtisaslaşdırılmış Dəmir Yolu Müəssisəsi" MMC – 1 milyon 588 min 247 manat

Tender: Gəncə şəhərində, Azərbaycan Bayrağı küçəsindəki 6,23 ha ərazidə yaşayış kompleksinin tikintisi ilə əlaqədar ərazinin şaquli planlaşdırılması, səkilər və yollar, abadlıq və yaşıllaşdırma

"İNŞAAT" İstehsalat-Tikinti Quraşdırma İnşa Müəssisəsi – 1 milyon 117 min 750 manat             

Tender: Gəncə şəhərində, Azərbaycan Bayrağı küçəsindəki 6,23 ha ərazidə yaşayış kompleksinin tikintisi ilə əlaqədar sahəxarici və sahədaxili su təchizatı, təsərrüfat-məişət kanalizasiya şəbəkəsi

"İNTEQRAL" QSC – 1 milyon 17 min 127 manat

Tender: Yasamal rayonu, Xarici dairəvi avtomobil yolunun kənarında (Qanlı gölün şimal hissəsi) yerləşən 15,4 ha torpaq sahəsində inşa olunan çoxmənzilli yaşayış binalarında mənzillər üçün kombilərin (24 kW) alınıb quraşdırılması

"BAKELEKTRO" ASC – 542 min 668 manat

Tender: Bakı şəhəri, Yasamal rayonu, Xarici dairəvi avtomobil yolunun kənarında (Qanlı gölün şimal hissəsi) yerləşən 15,4 ha torpaq sahəsində inşa olunan çoxmənzilli yaşayış binalarında mənzillərin elektrik enerjisi sayğaclarının alınıb quraşdırılması və istismara verilməsi

"Qaz Oil Building" MMC – 431 min 193 manat

Tender: Bakı şəhəri, Yasamal rayonu, Xarici dairəvi avtomobil yolunun kənarında (Qanlı gölün şimal hissəsi) yerləşən 15,4 ha torpaq sahəsində inşa olunan çoxmənzilli yaşayış binalarında mənzillərin qaz sayğaclarının alınıb quraşdırılması və istismara verilməsi

"RF İNŞAAT" MMC – 347 min 784 manat

Tender: Bakı şəhəri, Yasamal rayonu, Xarici dairəvi avtomobil yolunun kənarında (Qanlı gölün şimal hissəsi) yerləşən 15,4 ha torpaq sahəsində inşa olunan çoxmənzilli yaşayış binalarında mənzillərin su sayğaclarının alınıb quraşdırılması və istismara verilməsi

"Qaz Oil Building" MMC – 237 min 110 manat

Tender: Gəncə şəhərində, Azərbaycan Bayrağı küçəsindəki 6,23 ha ərazidə yaşayış kompleksinin tikintisi ilə əlaqədar sahəxarici və sahədaxili qaz təminatı

 “Azər Dövlət Layihə” Dövlət Baş Layihə İnstitutu – 44 min 840 manat

Tender: Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi 18,81 ha ərazidə yaşayış kompleksinin şəhərsalma əsaslandırılması sənədlərinin hazırlanması

“Hidroloq” MMC – 44 min 368 manat

Tender: Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsinin qərb hissəsi 23,25 ha torpaq sahəsində inşa olunacaq yaşayış kompleksinin  kanalizasiya və su xətlərinin köçürülməsinin layihələndirilməsi

Qardaşlar Mebel-3 MMC – 36 min 518 manat

Tender: Bərk inventarlar

 “İdeal TM” MMC – 23 min 631 manat

Tender: Bakı şəhəri, Yasamal yaşayış kompleksində xidmət sahələrinin təşkili ilə əlaqədar zəruri mal-materialların satınalınması

“CPA Company” MMC – 21 min 552 manat

Tender: Bakı şəhəri, Yasamal rayonu, Xarici dairəvi yolu “8” ünvanında yerləşən yaşayış kompleksinin su təsərrüfatı üçün ehtiyat hissələri    

Digər xəbərlər