Banner

Tenderlər

Nazirlik 800 min manatlıq – AVTOMOBİLLƏR ALDI

Nazirlik 800 min manatlıq – AVTOMOBİLLƏR ALDI | FED.az
11:00 18 Okt 2019

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Sahələrarasi Nəqliyyat və Kompleks Mexaniki Təminat İdarəsi keçirdiyi tenderin nəticələri məlum olub.

FED.az xəbər verir ki, nazirlik ilə tenderin qalibləri arasında  28-30 yerlik avtobuslar, 5 yerlik  minik avtomobilləri, 5 yerlik yük-sərnişin avtomobillərin alınması üçün ümumilikdə 835 min 621 manat olan 3 müqavilə bağlanıb.

Eləcə də bax:Dövlət qurumundan 7,1 milyon manatlıq - MÜQAVİLƏ

Belə ki, "AZƏRMAŞ GROUP" MMC ilə “Yolsuzluq şəraitində hərəkət edə bilən 28-30 yerlik avtobusların satın alınması” üçün  168 min manatlıq; "CASPİAN HOUSE" MMC ilə “Yüksək keçicilik qabiliyyətli 5 yerlik minik avtomobillərinin satın alınması” üçün 219 min 621 manatlıq; "SUN CARS" MMC “Yüksək keçicilik qabiliyyətli 5 yerlik yük-sərnişin avtomobillərinin satın alınması” 448 min manatlıq müqavilələr bağlayıb.

Digər xəbərlər

Banner