Banner

Tenderlər

Neftçalada dövlət tenderlərini - KİMLƏR UDURMUŞ? – SİYAHI, MƏBLƏĞLƏR

Neftçalada dövlət tenderlərini - KİMLƏR UDURMUŞ? – SİYAHI, MƏBLƏĞLƏR | FED.az
20:21 21 Fev 2020

Xəbər verildiyi kimi, Dövlət Təhlükəsizlik Xidmətinin keçirdiyi əməliyyat nəticəsində Neftçala rayon icra başçısı İsmayıl Vəliyev və icra hakimiyyətinin bir neçə əməkdaşı yol verilən qanunsuzluqlara görə həbs edilib.

FED.az-ın məlumatına görə, həbs edilənlər, xüsusisən də icra başçısının özü digər məsələlərlə yanaşı, təmir-tikinti və abadlıq işlərinə ayrılan dövlət vəsaitini mənimsəməkdə ittiham edilir.

Qeyd edək ki, qanunvericiliyə əsasən, bu vəsaitlər dövlət satınalmaları – tenderlər vasitəsilə həyata keçirilir. Yəni tender elan edilir, ən sərfəli qiymət təklif edən şirkət qalib olur, vəsaitlər həmin şirkətə ödənilir və işlərə başlanılır. 

İcra başçısına qarşı qaldırılan ittihamlar Neftçalada dövlət tenderlərinin, xüsusilə abadlıq və təmir-tikinti tenderlərinin də qanuni keçirilməsi ilə bağlı şübhələr yaradır.

2019-cu ilin yanvar-dekabr aylarında Neftçala rayonunda 1 milyon 235,2 min manat məbləğində 15 tender keçirilib.

FED.az xəbər verir ki, Neftçala rayonunda 15 tenderin  8-ni icra hakimiyyəti keçirib. İcra hakimiyyətinin keçirdiyi tenderlərin ümumi məbləği 471,2 min manatdır.

Eləcə də bax: Salyan rayonunda dövlət tenderlərini - KİMLƏR UDUR? – SİYAHI, MƏBLƏĞLƏR

Neftçala Suvarma Sistemləri İdarəsi keçirdiyi tenderlərin ümumi məbləğinə görə birincidir. Dövlət qurumunun 5 tenderinin ümumi məbləği 737,8 min manatdır.

Eləcə də bax: Ağstafa rayonunda tenderləri kimlər udur? - MƏBLƏĞLƏR - SİYAHI

Rayon üzrə ən çox tender qazanan şirkət “İlkin-N” MMC-dir. Şirkət Neftçala rayon Suvarma Sistemləri İdarəsinin 3 tenderini qazanıb. Şirkətin 3 tenderdən qazandığı məbləğ 490.8 min manatdır. Neftçala rayon İcra Hakimiyyətinin ən böyük məbləğli tenderini “Göy-göl tikinti” MMC qazanıb. Şirkət 1 tenderdən 290 min manat qazanıb.

Eləcə də bax: Lənkəranda dövlət tenderlərini - KİMLƏR UDUR? – SİYAHI, MƏBLƏĞLƏR

Bundan başqa rayonda Neftçala rayon Mərkəzi Xəstəxanası müvafiq satınalmalar həyata keçirib. Xəstəxananın tenderlərinin qalibi fiziki şəxslər olub.

Neftçala Rayon İcra Hakimiyyəti

Qalibin adı

Lotun adı

 Məbləğ (manatla)

1

“Göy-göl tikinti” MMC

Abadlıq işləri

289.950

2

"Master-Ofis" MMC

Xüsusi geyimlərin alınması

44.752

3

"Master-Ofis" MMC

inventar və mal-materialların alınması

36.792

4

"Vostok-Servis Bakı" QSC

Xüsusi geyimlərin alınması

35.841

5

Cavid Əsgərov

Adı göstərilmir

23.700

6

"Azəridizayn-2003" MMC

Adı göstərilmir

16.980

7

Zaputa Bayramova

Adı göstərilmir

13.175

8

Əliş Mehtiyev

Adı göstərilmir

10.001

Cəmi:

471.190

 

Neftçala Suvarma Sistemləri İdarəsi

Qalibin adı

Lotun adı

 Məbləğ (manatla)

1

“İlkin-N” MMC

Mexanizmlər və nəqliyyat vasitələrinə ehtiyat hissələri, material və sürtkü yağları

255.261

2

“İlkin-N” MMC

Nasos, mexaniki və elektrik avadanlıqlarının təmiri məqsədi ilə ehtiyat hissələri və materiallar

215.546

3

“Ayzberq-M” MMC

Dəmir borular, dəmir məmulatları və HTQ üçün ehtiyat hissələri

163.390

4

Salyan rayonu Tikinti Təchizat filialı

Tikinti materialları

83.573

5

“İlkin-N” MMC

Elekteik mühərriklərinin əsaslı təmir işləri

20.000

Cəmi:

737.770

 

Neftçala rayon Mərkəzi Xəstəxanası

Qalibin adı

Lotun adı

 Məbləğ (manatla)

1

Məlikov Orxan

Carı təmir işləri

14.876

2

Məlikov Orxan

Əsaslı təmir işləri

11.403

Cəmi:

26.279

 

Digər xəbərlər

Banner