Tenderlər

“Şahdağ Turizm Mərkəzi” təmizlik vasitələri alır - ELAN

“Şahdağ Turizm Mərkəzi” təmizlik vasitələri alır - ELAN | FED.az
08:27 2 İyul 2020

“Şahdağ Turizm Mərkəzi” QSC kotirovka sorğusu elan edir.

Eləcə də bax: Dövlət qurumu parça və sap alır - TENDER

FED.az xəbər verir ki, QSC təmizlik üçün kimyəvi vasitələr satın alır.

Kotirovka sorğusunda iddiaçı kimi iştirak etmək istəyənlər imzalanıb möhürlənmiş kotirovka təkliflərini 6 iyul 2020-ci il saat 12.00-dan gec olmamaq şərtilə aşağıdakı ünvana təqdim etməlidirlər.

Göstərilən müddətdən gec təqdim olunan kotirovka təklifləri baxılmadan geri qaytarılacaqdır.

Kotirovka təklifləri 6 iyul 2020-ci il saat 15.00-da Bakı şəhəri, Neftçilər prospekti 153 nömrəli ünvanda (Port Baku Towers) açılacaqdır.

İddiaçılar və onların səlahiyyətli nümayəndələri zərflərin açılışı prosedurunda iştirak edə bilərlər.

Mövcud vəziyyət qiymətləndirilərək xüsusi karantin rejiminin tələblərinə uyğun olaraq açılış proseduru online qaydada həyata keçirilə bilər.

Əlaqələndirici şəxs - Rəhim Kərimzadə, telefon- 077 277 32 15.

Ünvan- Bakı şəhəri, Neftçilər prospekti 153.

Digər xəbərlər

Banner