Banner

Tenderlər

Səhiyyə Nazirliyi tender - ELAN EDİR

Səhiyyə Nazirliyi tender - ELAN EDİR | FED.az
09:01 28 İyul 2021

Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi Publik Hüquqi Şəxsi 2021-ci ildə tələb olunan laboratoriya avadanlıqlarının satın alınması məqsədi ilə açıq tender elan edir.

Respublika Endokrinoloji Mərkəzi kotirovka sorğusu - ELAN EDİR

FED.az xəbər verir ki, açıq tenderdə iddiaçı qismində mikro, kiçik və orta sahibkarlıq subyektləri iştirak edə bilərlər.

Tender iştirakçılarına təklif edilir ki, dövlət satınalmalarının https//www.etender.gov.az/ vahid internet portalına (portal) elektron imza­ları vasitəsilə daxil olsunlar və tender haqqında ətraflı məlumatı əldə etsinlər. Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar. Tenderdə iştirak etmək istəyən təşkilatlar müəyyən məbləğdə iştirak haqqını aşağıda göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş tenderin əsas şərtlər toplusunu dövlət satınalmalarının vahid internet portalı vasitəsilə əldə edə və müsabiqə üçün təkliflərini təqdim edə bilərlər:

İddiaçılar iştirak haqqını aşağdakı hesaba köçürməlidirlər.

TƏŞKİLAT - ANALİTİK EKSPERTİZA MƏRKƏZİ PHŞ

H/h - AZ95IBAZ38090019449693913207

VÖEN - 1300805451

BANK - “AZƏRBAYCAN BEYNƏLXALQ BANK”ı ASC-nin NƏSİMİ FİLİALI

KOD - 805614

VÖEN - 9900001881

M/h - AZ03NABZ01350100000000002944

S.W.I.F.T: İBAZAZ2X

Tenderdə iştirak haqqı 300 manatdır.

İştirak haqqı heç bir halda geri qaytarılmır.

- İddiaçılar tenderdə iştirak üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

- tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;

- tender təklifi (zərflərin açıldığı tarixdən son­ra ən azı 30 (otuz) bank günü qüvvədə olmalıdır);

- tender təklifi dəyərinin 1 (bir) faizi həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 30 (otuz) bank günü qüvvədə olmalıdır);

- vergilərə və digər icbari ödənişlərə aid yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olma­ması haqqında müvafiq vergi və sosial müdafiə orqanından arayış;

- iddiaçının son 1 (bir) ildəki fəaliyyəti haq­qında dövlət orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatı;

- iddiaçının son 1 (bir) ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;

- iddiaçının ilkin qeydiyyat sənədlərinin və onlara edilmiş əlavə və düzəlişlərin müvafiq qay­dada təsdiqlənmiş surətləri (iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsinin qeydiyyatdan keçdiyi ölkə və əsas fəaliyyət yeri göstərilməklə) və rekvizitləri;

- tender təklifini və satınalma müqaviləsini imzalamaq səlahiyyətinə malik olan şəxsin səlahiyyətlərini təsdiq edən sənəd;

- iddiaçının analoji işlər üzrə iş təcrübəsini təsdiq edən sənədlər;

- digər sənədlər (tenderin əsas şərtlər toplu­sunda göstərilən bütün digər sənədlər).

Sənədlər Azərbaycan dilində tərtib olunma­lıdır (xarici dildəki tender sənədləri Azərbaycan dilinə tərcümə edilməlidir). Mətnlər arasında fərq aşkar olunarsa, üstünlük Azərbaycan dilində tərtib edilmiş mətnə veriləcəkdir. İddiaçılar tenderlə bağlı sualları portal vasitəsilə satınalan təşkilata ünvanlaya bilərlər.

Tenderlə əlaqədar istənilən məlumatı almaq üçün aşağıdakı şəxsə müraciət etməkolar- El­şad Nəbiyev. Ünvan - Bakı şəhəri, Yasamal rayonu, Cəfər Cabbarlı küçəsi 34. Telefon- +994125960520 ; Faks: +994125960716. E-mail: [email protected]

İddiaçılar öz təkliflərini əsas şərtlər top­lusunda göstərilən müddəalara uyğun olaraq hazırlamalı, tenderdə iştirak üçün sənədləri (tender təklifi və təklifin bank təminatı istisna olmaqla) 18 avqust 2021-ci il saat 11.00-a, tender təklifini və təklifin bank təminatını isə 26 avqust 2021-ci il saat 11.00-dək portal vasitəsilə təqdim etməlidirlər.

İddiaçıların tender təkliflərinin açılışı 27 avqust 2021-ci il saat 11.00-da dövlət satınal­malarının vahid internet portalında virtual iclas formatında aparılacaqdır. Elektron satınalmanın hər bir iştirakçısı onların təkliflərinin açılışını və qiymətləndirilməsini elektron portal vasitəsilə izləyə bilər.

QEYD – tenderdə iştirak, tenderin qiymətləndirilməsi və digər bütün prosedurlar yalnız elektron qaydada portal vasitəsilə aparılır.

Banner
Banner

Digər xəbərlər