Turizm

Antalyaya turlar nə vaxt başlayır? – VAXT AÇIQLANDI

Antalyaya turlar nə vaxt başlayır? – VAXT AÇIQLANDI | FED.az
08:28 20 Aprel 2020

Turistlər arasında ən populyar istiqamətlərdən olan Türkiyənin Antalya kurortuna səyahətlər avqustdan tez başlamayacaq.

Eləcə də bax: Azərbaycanda dövlətdən yardım alan - MƏŞHUR OTELLƏR - SİYAHI

FED.az Türkiyənin «Haberler» qəzetinə istinadən məlumat verir ki, aviaşirkətlər həmin vaxtadək həmin bölgəyə uçuşları barpa edə bilməyəcəklər.Eləcə də bax: Azərbaycanda dövlətdən yardım alan - MƏŞHUR OTELLƏR
- SİYAHIArtıq Antalyadakı otellər avqust-senttyabr aylarına sürətli bronlamaya başlayıblar.

"Koronavirusun yayılması fonunda Antalyanın qəbul edən şirkətləri və otelləri avqust-sentyabr ayına güclü bronlama qeydə alırlar». Əksər hallarda bunlar 2019-un dekabr - 2020-nin yanvar ayında satılan və yaz-yay ayları üçün nəzərdə tutulan turlardır. Koronavirus səbəbindən bu turlar baş tutmasa da, pulları ödənildiyinə görə, otellər onları başqa tarixlərə çevirirlər. «Bundan başqa, turizm şirkətləri yayın sonu və payızın əvvəllərinə turlar yazmağa başlayıblar, amma aviaşirkətlər avqustdan tez uçuşa başlamayacaqlarını bildirirlər»-deyə qəzet yazır.

Antalya bələdiyyəsinin turizm üzrə baş müşaviri Osman Ayıkın sözlərinə görə, türkiyənin turizm biznesi əsas diqqəti daxili turizmə yönəltməlidir, çünki bu sahə daha tez inkişaf etməyə başlayacaq: «Xarici ölkə vətəndaşlarının Türkiyəyə səfəri aviaşirkətlərin planlarından asılı olacaq, onlar isə avqustdan tez uçmayacaqlarını bildirirlər».

Eksprtin sözlərinə görə, turizm mövsümü başlayanda ilk vaxtlarda təyyarə defisiti yarana bilər. Ona görə də, otellər, xaricilərlə yanaşı, yerli turistləri də qarşılamağa hazır olmalıdırlar.

"Türkiyəli turistlərin əksəriyyəti imkan yaranan kimi, məsələn mayınsonu-iyunun əvvəlində avtomobillə səyahətə başlayacaqlar, Sözsüz ki, 1000-2000 nömrəli iri otellərlə müqayisədə, kiçik otellərin işləri daha yaxşı olacaq, çünki onlara tələbat yüksələcək».

Qeyd edək ki, aprelin əvvəlində Türkiyənin mədəniyyət və turizm naziri Mehmet Ersoy bildirmişdi ki, Türkiyə kurortlarında turizm mövsümü mayın sonunda başlaya bilər. Öz növbəsində Türkiyə Otelyerləri Federasiyasının (TUROFED) sədri Sururi Çorabatir bildirib ki, Türkiyə otellərinin ilk turist qonaqları Rusiya vətəndaşları olacaq, sonra Şərqi Avropa, yalnız bundan sonra Qərbi Avropa ölkələrindən olan turistlər gələcək. 

Digər xəbərlər