Turizm

Avropa ölkələrinə giriş - BU TARİXLƏRƏ KİMİ QADAĞANDIR - SİYAHI

Avropa ölkələrinə giriş - BU TARİXLƏRƏ KİMİ QADAĞANDIR - SİYAHI | FED.az
10:26 23 Aprel 2020

Avropadakı karantin rejimindən sonra ayrı-ayrı  ölkələrin xarici vətəndaşları hansı tarixdən qəbul edəcəyi açıqlanıb.

FED.az xəbər verir ki, aprelin 22-də Avropa ölkələrinin başçıları ilə Avropa Komissiyası arasında aparılan müzakirələrdə sərhədlərin açılması ilə bağlı təqribi qrafiklər müəyyən edilib.

Nəticədə avtomobil alqı-satqısı ilə məşğul olanlar və Avropaya turist səfəri planlaşdıranlar bu tarixdən etibarın səfər edə biləcəklər:

AVSTRİYA - Almaniya, İtaliya, İsveçrə, Lixtenşteyn, Macarıstan və Sloveniya ilə sərhədi noyabrın 11-nə kimi bağlı saxlanılacaq.

BELÇİKA - Ölkəyə giriş mayın 8-nə kimi qadağandır.

ALMANİYA - Avstriya ilə quru sərhədi noyabrın 11nə kimi, İsveçrə, Fransa, Lüksemburg, Danimarka, İtaliya və İspaniya ilə isə quru və hava sərhəddi hələlik 5 maya kimi bağlı saxlayacaq. Bu qərar sonradan sentyabrın 15-ə kimi uzadıla bilər.

PORTUQALİYA və ESTONİYA sərhədləri 1may tarixinə kimi bağlıdır.

NORVEÇ - ölkəsinə girişi avqustun 13-nə kimi qadağan edir.

DANİMARKA - Almaniya, İsveç, Norveçlə quru və dəniz sərhədini noyabrın 12-nə kimi bağlı saxlayacaq.

ÇEXİYA və POLŞA - hələlik mayın 1-ə kimi bağlı saxlanılacaq.

Bağlı olan sərhədlərdən keçid yalnız müəyyən istisnalarla olacaq. Belə ki, gediləcək ölkədə yaşayış icazəsi olan, işləyən və ya 1ci dərəcəli ailə üzvləri olan şəxslər və yük avtomobilləri sərhəd-keçid məntəqələrindən keçə bilərlər.

Turistik viza ilə həmin ölkələrə giriş və tranzitdən istifadə tamamilə qadağandır.

Bundan əlavə, Avropa Komissiyası Şengen müqaviləsinə daxil olmayan olmayan 3-cü ölkələrdən (Azərbaycan da bura aiddir) Avropa ölkələrinə girişi sentyabrın 15nə kimi qadağan etmək niyyətindədir. 

Digər xəbərlər