Turizm

Azərbaycan vətəndaşları daha çox hansı ölkələrə səfər edib? - AÇIQLAMA

Azərbaycan vətəndaşları daha çox hansı ölkələrə səfər edib? - AÇIQLAMA | FED.az
21:09 27 Yan 2020

2019-cu ildə xarici ölkələrə səfər edən Azərbaycan Respublikası vətəndaşlarının sayı əvvəlki illə müqayisədə 13,4 faiz artaraq 5 milyon 567,7 min nəfər olub.

Eləcə də bax: Azərbaycana Çindən gələnlərin sayı - 60% DAN ÇOX ARTIB

FED.az "trend"ə istinadən xəbər verir ki, ölkə vətəndaşlarının 36,7 faizi İrana, 28,9 faizi Gürcüstana, 17,6 faizi Rusiya Federasiyasına, 11,4 faizi Türkiyəyə, 5,4 faizi isə digər ölkələrə gedib. Gedənlərin 64,1 faizini kişilər, 35,9 faizini qadınlar təşkil edib.

Bu dövrdə İrana gedən Azərbaycan vətəndaşlarının sayı 23,7 faiz, Gürcüstana gedənlərin sayı 12,3 faiz, Rusiya Federasiyasına gedənlərin sayı 5,7 faiz, Türkiyəyə gedənlərin sayı isə 4,6 faiz artıb.

2019-cu ildə xarici ölkələrə səfər etmiş Azərbaycan Respublikası vətəndaşlarının 82,6 faizi dəmir yolu və avtomobil, 16,7 faizi hava, 0,7 faizi isə su nəqliyyatından istifadə edib.

Digər xəbərlər