Banner

Turizm

Azərbaycanda mehmanxanaların gəliri - 25%-dən Çox Artıb

Azərbaycanda mehmanxanaların gəliri - 25%-dən Çox Artıb | FED.az
16:42 30 İyul 2021

Bu ilin I yarısında Azərbaycanda mehmanxanaların gəliri ötən ilin eyni dövrü ilə müqayisədə 25,2% artaraq 90,1 milyon manat olub.

Eləcə də bax: Azərbaycan mehmanxanalarında gecələyənlərin sayı - 19% Artıb

Bu barədə FED.az Dövlət Statistika Komitəsinə istinadən məlumat verir.

Məlumata görə, bunun 61,1 %-i nömrə (otaq) təqdim olunması üzrə xidmətlərdən, 28,3%-i ictimai iaşə xidmətlərindən, 2%-i müalicə-sağlamlıq xidmətlərindən, 8,6%-i isə digər xidmətlərin göstərilməsindən əldə edilib.

2021-ci lin yanvar-iyun aylarında mehmanxanaların birdəfəlik tutumundan istifadə 9% səviyyəsində olub ki, bu da 1 il əvvələ nisbətən 1,4 faiz bəndi çoxdur.

Bu göstərici Şabranda 47,1 %, Beyləqanda 23,4 %, Lənkəranda 17,6 %, Naftalanda 17,1 %, Şəmkirdə 16,3 %, Qubada 15,2 %, Qəbələdə 13,7 %, Bərdədə 12,8 %, Cəlilabadda 12,8 %, Bakıda 11,9 %, Ağcabədidə 11,6 %, Qusarda 11,6 %, Şamaxıda 10,8 %, digər şəhər və rayonlarda isə ölkə üzrə orta göstəricidən aşağı olub. (Report)

Banner
Banner

Digər xəbərlər

Banner