Banner

Turizm

Azərbaycanın turizm sektorunda - Yeni Assosiasiya Yaradılıb

Azərbaycanın turizm sektorunda - Yeni Assosiasiya Yaradılıb | FED.az
15:13 28 İyul 2021

Azərbaycanda turizm sektorunun təmsilçiləri “Azərbaycan Turizm Şirkətləri və Otelləri Assosiasiyası” adlı yeni təşkilat yaradıb.

Eləcə də bax: Azərbaycanda 132 turizm şirkəti bağlanıb – 740 Nəfər İxtisar Edilib

FED.az xəbər verir ki, bu barədə yeni yaradılan qurumun həmtəsisçilərindən biri Nizaməddin Hüseynzadə məlumat verib.

Onun sözlərinə gərə, hazırda ölkədə turizm sektorunun inkişafı üçün böyük imkanlar var: “Pandemiya istər Azərbaycanda, istərsə də dünyada bu sahəyə ciddi ziyan vursa da, artıq turizm sektorunun inkişaf prosesi gedir və bu sektora maraq göstərən təsisatların sayı da artır. QHT-nin yaradılması bu tendensiyanın real ifadəsidir.

Ədliyyə Nazirliyinin təsdiq etdiyi təşkilat hüquqi və fiziki şəxslərin birliyini təşkil edəcək”.

Həmtəsisçi qeyd edib ki, QHT-nin təsis edilməsində məqsəd turizm sektorunu dirçəltməkdir: “Xüsusilə, sosial turizm sahəsinə aid proqramlar daha aktual səciyyə daşıyır. Digər tərəfdən, işğaldan azad edilmiş ərazilərimizin turizm potensialı, habelə, bölgənin təbii resurslarının dünyaya təqdimatı ilə bağlı layihələrə də önəm veriləcək. Bu addımlar turizm sənayesinin inkişafında əhəmiyyətli rol oynayacaq. Artıq layihələrə start verilib və yaxın zamanlarda bu barədə ictimaiyyətə geniş məlumat veriləcək”. (Report)

Banner
Banner

Digər xəbərlər