Banner

Turizm

Bu tarixdən Kiyevdən Bakıya uçuşlar - Bərpa Olunacaq

Bu tarixdən Kiyevdən Bakıya uçuşlar - Bərpa Olunacaq | FED.az
17:42 24 Fev 2021

Ukrayna Beynəlxalq Hava Yolları (UIA) martın 13-dən etibarən Kiyevdən Bakıya uçuşların bərpa olunması üçün Azərbaycan hökumətindən xüsusi icazə alıb.

Eləcə də bax: Azərbaycan vətəndaşları Gürcüstana bu tarixdən - Gedə Biləcək

FED.az xəbər verir ki, bu barədə UIA-nın Mətbuat xidməti məlumat yayıb.

Aprelin sonunadək UIA Heydər Əliyev Beynəlxalq Hava Limanına həftədə iki dəfə - çərşənbə axşamı və şənbə günləri uçuşlar həyata keçirməyi planlaşdırır.

Hazırda Azərbaycana yalnız ölkə vətəndaşları, Azərbaycandakı diplomatik nümayəndəlik və konsulluq işçiləri və onların ailə üzvləri, yaşayış icazəsi olan əcnəbilər və vətəndaşların yaxın qohumları giriş edə bilərlər.

Sərhədi akkreditə olunmuş laboratoriyada yola düşmədən ən uzağı 48 saat əvvəl verilmiş koronavirus testinin (PZR testi) mənfi nəticələndiyini göstərən sənədi təqdim etməklə keçmək olar. (Report)

Banner
Banner

Digər xəbərlər