Banner

Turizm

“Buta” Rusiyanın şəhərinə - Xüsusi Reyslərə Başlayır - QİYMƏT

“Buta” Rusiyanın şəhərinə - Xüsusi Reyslərə Başlayır - QİYMƏT | FED.az
15:42 3 May 2021

Aşağıbüdcəli aviadaşıyıcı “Buta Airways” iyunun 3-dən etibarən Bakıdan Həştərxan şəhərinə xüsusi reyslər həyata keçirməyə başlayır.

Eləcə də bax:Bakıdan Ankaraya xüsusi reyslər - Başlayacaq - QİYMƏT

FED.az xəbər verir ki, uçuşlar həftədə bir dəfə - həftənin cümə axşamı günləri Bakı-Həştərxan-Bakı istiqamətində yerinə yetiriləcək.

Ölkədəki epidemioloji vəziyyətlə bağlı tətbiq edilmiş məhdudiyyətləri və qaydaları nəzərə alaraq aviaşirkət biletləri yalnız iki tarif üzrə təklif edir - "Standart" və "Super". Hər iki tarifə ödənişsiz qaydada yer seçimi və hava limanında qeydiyyat opsiyaları daxildir.

Qeyd edilən reyslərə biletlər "Buta Airways" aviaşirkətinin rəsmi saytında (“Super” və “Standart” tarifləri üzrə) və akkreditə olunmuş agentliklərində (yalnız “Super” tarifi üzrə) mövcuddur. Aviabiletlərin qiyməti 55 avrodan başlayır.

Banner
Banner

Digər xəbərlər