Banner

Turizm

Gürcüstana təyyarə ilə səfər edəcək azərbaycanlılar üçün - QAYDALAR SADƏLƏŞDİ

Gürcüstana təyyarə ilə səfər edəcək azərbaycanlılar üçün - QAYDALAR SADƏLƏŞDİ | FED.az
14:50 24 Fev 2021

Gürcüstan hökuməti Azərbaycandan hava yolu ilə ziyarətçilərin qəbulu qaydalarının daha da sadələşdirilməsi barədə qərar qəbul edib. 

Eləcə də bax: Gürcüstanda bəzi məhdudiyyətlər - Ləğv Olunur

FED.az xəbər verir ki, bu barədə Gürcüstan Qurumlararası Koordinasiya Şurasının iclasında çıxış edən Baş nazir İrakli Qaribaşvili bildirib. 

Onun sözlərinə görə, Azərbaycan, Rusiya, Ukrayna və Ermənistan vətəndaşlarının Gürcüstana hava yolu ilə daxil olmaları sadələşdiriləcək. 

Baş nazir qeyd edib ki, ölkənin quru sərhəd-keçid məntəqələrində cari rejim saxlanılacaq. (Apa)

Banner
Banner

Digər xəbərlər