Turizm

Gürcüstanın turizmdən gəliri - 97% AZALIB

Gürcüstanın turizmdən gəliri - 97% AZALIB | FED.az
19:08 16 İyul 2020

İyunda Gürcüstan turizmdən 11,2 milyon ABŞ dolları həcmində gəlir əldə edib.

Eləcə də bax: Azərbaycana turist axını - 2 Dəfədən Çox Azalıb

FED.az xəbər verir ki, bu barədə ölkənin Milli Bankının hesabatında bildirilib.

İllik müqayisədə qonşu ölkənin turizm gəlirləri 329 milyon ABŞ dolları, yaxud 97% azalıb.

Sənədə əsasən, ötən ay Gürcüstan sərhədlərini 38 min əcnəbi keçib ki, bu da ötən ilin eyni göstəricisindən 96% azdır.

Qeyd edək ki, koronavirus pandemiyası səbəbindən Gürcüstan martın 18-dən sərhədlərini əcnəbilər üçün bağlayıb. 

"report"

Digər xəbərlər