Turizm

İranda yayılan koronavirus Azərbaycanın - TURİZM BAZARINI "VURACAQ"

İranda yayılan koronavirus Azərbaycanın - TURİZM BAZARINI "VURACAQ" | FED.az
12:37 24 Fev 2020

Dövlət Turizm Agentliyi (DTA) İranda koronavirusun yayılmasının iki ölkə arasındakı vəziyyətə turizm baxımdan hansı formada təsir göstərəcəyini açıqlayıb.

Eləcə də bax: DGK: İrana səyahət etmək - TÖVSİYƏ OLUNMUR

FED.az məlumat verir ki, agentliyin mətbuat katibi Kənan Quluzadə Trend-ə açıqlamasdında bildirib ki, hazırda koronavirusla əlaqədar dünya turizmi krizis mərhələsini keçir:

“Buna görə də hazırkı vəziyyət yalnız milli səviyyədə verilən qərarlardan asılı olmur. Bu, həm də insanların psixoloji durumundan asılıdır. Dünyada bir çox insanlar öz səfərlərini ləğv edir və səfərlərə daha ehtiyatlı yanaşırlar. Dünyanın bir çox ölkələrində hətta irimiqyaslı tədbirlər də təxirə salınır. Əlbəttə ki, bütün bunlar ümumi mənzərəyə mənfi təsir göstərir”.

K.Quluzadə qeyd edib ki, turizm bazarındakı qlobal krisiz Azərbaycanın turizm bazarına da təsir göstərə bilər.

O əlavə edib ki, DTA-nın hazırda turizmlə bağlı atdığı atddımlar və verdiyi proqnozlar iki faktordan asılıdır.

DTA rəsmisinin sözlərinə görə, bu, həm dünyada baş verən qlobal vəziyyətdən, həm də Azərbaycanın sərhəd-keçid məntəqələrində rejimə cavabdeh olan dövlət strukturlarının qərarlarından asılıdır:

“Biz əlbəttə ki, taktiki gedişlərimizi digər dövlət strukturlarının addımları ilə uyğunlaşdırırıq. Situasiyanın qəlizliyi həm də ondan ibarətdir ki, vəziyyət hər gün mənfiyə doğru dəyişir. Amma biz ümid edirik ki, yaxın zamanlarda dünyadakı qlobal vəziyyət dəyişəcək və bu virus yox olduqdan sonra dünya turizmi normal vəziyyətinə geri qayıdacaq, Azərbaycanın da bu il turizmlə bağlı gözləntiləri, planları yenidən aktiv surətdə həyata keçiriləcək”.

Koronavirusun Novruz bayramında ölkəmizə İrandan gələcək turistlərin sayına hansı formada təsir göstərəcəyinə gəldikdə, K.Quluzadə bununla bağlı fərqli proznozlarının olduğunu söyləyib:

“Çünki sərhəd açıq qalarsa, bu, başqa vəziyyətin, sərhəd bağlı qalarsa, bu, tamam başqa vəziyyətin yaranmasına səbəb olacaq. Biz həmin bu qərarlardan asılı olaraq, biləcəyik ki, turizmlə bağlı hansı konkret addımları ata biləcəyik”.

Digər xəbərlər

Banner