Banner

Turizm

Novruz bayramında İrandan Azərbaycana - AXIN OLACAQ

Novruz bayramında İrandan Azərbaycana - AXIN OLACAQ | FED.az
08:55 17 Fev 2020

Bu il Novruz bayramında Tehran ilə yanaşı, Təbriz, Məşhəd və İsfahan şəhərlərindən də Bakıya çarter reysləri təşkil olunacaq.

Eləcə də bax: Azərbaycan otellərindən Novruz Bayramı təklifləri - QİYMƏTLƏR

FED.az xəbər verir ki, bu barədə «Aysan pərvaz» turizm şirkətinin baş direktoru Seyid Məhəmməd Mirrezayi deyib. O bildirib ki, ötən il şirkət 25 min nəfərin Azərbaycana səfərini təşkil edib. Qarşıdan gələn Novruz bayramında isə İrandan Azərbaycana 15 mindən çox turistin səfəri planlaşdırılıb.

Şirkət rəhbəri nəzərə çatdırıb ki, Azərbaycan İranın ən yaxın qonşusudur və dövlətlərimiz arasındakı münasibətlər turizmin də inkişafına təkan verir. Xalqların qohumluq əlaqəsi, eyni milli və dini dəyərlərə malik olması İran turistlərinin Azərbaycana səfərlərini şərtləndirir. Onun sözlərinə görə, indiyə kimi heç bir turist Azərbaycandan narazı qayıtmayıb.

İranlı turistlər yalnız Bakı şəhərinə səfər etməklə kifayətlənmirlər. “Aysan pərvaz” şirkətinin Bakıda “Bakı star” filialı fəaliyyət göstərir. Filial Bakıda səfərdə olan turistlərin Azərbaycanın rayonlarına səfərlərini təşkil edir. Turistlər Qəbələyə, Xınalığa, Nabrana və digər görməli və gəzməli məkanlara aparılır.

Gələcək planlarından danışan S.M.Mirrezayi Naxçıvan Muxtar Respublikasına da çarter reyslər təşkil etmək niyyətində olduqlarını bildirdi. Hazırda bu istiqamətdə iş aparılır. Eyni zamanda, Azərbaycandan İrana turist səfərlərinin təşkil edilməsi üçün də planlar mövcuddur.

Digər xəbərlər

Banner