Turizm

Otellərdəki yerlərin - 90%-dən Çoxu Boş Qalıb

Otellərdəki yerlərin - 90%-dən Çoxu Boş Qalıb | FED.az
10:51 10 Avq 2020

2020-ci ilin yanvar-iyun aylarında mehmanxanaların birdəfəlik tutumundan istifadə 7,6 faiz səviyyəsində olmuşdur (2019-cu ilin yanvar-iyun aylarında 21,6 faiz).  Beləliklə, 2020-ci ilin ilk yarısında otellərdəki yataq yerlərinin 92,4%-i boş qalıb.

Eləcə də bax: Azərbaycanda otellər yeni qaydalarla işləyəcəklər – HÖKUMƏTDƏN QƏRAR, TƏLƏBLƏR

FED.az xəbər verir ki, dövlət Statistika Komitəsinin yaydığı məlumata görə, bu göstərici Beyləqanda 21,8 faiz, Naftalanda 21,7 faiz, Qusarda 13,6 faiz, Şabranda 12,8 faiz, Qubada 11,8 faiz, Bakıda 11,4 faiz, Qəbələdə 11,0 faiz, Biləsuvarda 10,4 faiz, Cəlilabadda 9,2 faiz, Sabirabadda 9,2 faiz, Göyçayda 9,2 faiz, Naxçıvan Muxtar Respublikasında 8,3 faiz, digər rayon və şəhərlərdə isə ölkə üzrə orta göstəricidən aşağı olmuşdur.

Cari ilin yanvar-iyun aylarında mehmanxanaların gəlirləri əvvəlki ilin eyni dövrü ilə müqayisədə 61,6 faiz azalaraq 72,0 milyon manat olmuşdur ki, onun da 58,7 faizi nömrələrin (otaqların) təqdim olunması üzrə xidmətlərdən, 28,6 faizi ictimai iaşə xidmətlərindən, 3,3 faizi müalicə və sağlamlıq xidmətlərindən, 9,4 faizi isə digər xidmətlərin göstərilməsindən əldə edilmişdir. (Marja)

Digər xəbərlər