Turizm

Rusiyanın daha bir şəhərindən Bakıya birbaşa - AVİAREYS AÇILIR

Rusiyanın daha bir şəhərindən Bakıya birbaşa - AVİAREYS AÇILIR | FED.az
11:47 24 Dek 2019

FED.az xəbər verir ki, gələn ilin yanvar ayının 15-dən etibarən Rusiyanın Samara şəhərindən Bakıya birbaşa sərnişin aviareysi üzrə uçuşlara start veriləcək.

Bu barədə sözügedən şəhərin Kurumoç beynəlxalq hava limanına istinadən xəbər verilir.

Aeroportun məlumatına görə, "IrAero" aviaşirkəti tərəfindən həyata keçirəcək aviareysin uçuş müddəti 1 saat 50 dəqiqə təşkil edəcək. Uçuşlar həftədə bir dəfə – çərşənbə günü "Sukhoi Superjet 100" təyyarəsi ilə yerinə yetiriləcək.

Apa

Digər xəbərlər

Banner