Banner

Turizm

Təyyarəyə buraxılacaq əl yüklərinin - SİYAHISI DƏYİŞDİRİLDİ - QƏRAR

Təyyarəyə buraxılacaq əl yüklərinin - SİYAHISI DƏYİŞDİRİLDİ - QƏRAR | FED.az
19:42 1 May 2021

“Koronavirus (COVID-19) pandemiyası dövründə Azərbaycan Respublikasında uçuşların və hava nəqliyyatı ilə sərnişin daşımalarının təşkili üzrə müvəqqəti Qaydalar”a dəyişiklik edilib.

FED.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti məlumat yayıb. 

Eləcə də bax: Azərbaycanda uçuşların və təyyarə ilə sərnişin daşımaları barədə - QƏRAR VERİLDİ

Qaydaların ikinci hissəsi üzrə 2.1.1-ci yarımbəndə edilən dəyişikliyə əsasən uçuşdan əvvəl 48 saat ərzində COVID-19-a dair PCR testindən keçən və nəticəsi neqativ olan sərnişinlər bu barədə arayışı təqdim etməklə uçuşa buraxılırlar. Bununla da qərarda COVID-19-a dair testin növü müəyyənləşdirilib.  

Eləcə də digər bəndlər üzrə uyğunlaşdırmalar aparılıb. 2.1.3-cü və 2.1.4-cü yarımbəndlərinə dəyişikliklər edilib.

2.1.3-cü bənd üzrə Azərbaycan Respublikasına uçuşlar icra edən bütün aviadaşıyıcıların öhdəlikləri təsnifatlaşdırılıb. 

2.1.4-cü yarımbəndindən sonra 2.1.5-ci yarımbəndi əlavə edilib. Əlavəyə əsasən arayışın elektron qaydada yoxlanılması məqsədilə arayışda elektron təsdiq atributları (QR-kod, eyniləşdirmə nömrəsi və s.) olan şəxslərin müvafiq yoxlanış yerlərindən sürətli keçidi təmin ediləcək.

Həmçinin, 2.6-cı bəndə düzəliş edilərək aviaşirkətlərin reyslərində daşınmasına icazə verilən əl yükləri müəyyənləşdirilib. Aviaşirkətin qaydalarına əsasən yalnız qeyd edilən şəxsi istifadə əşyalarının əl yükü kimi daşınmasına yol verilir:

  • qadın əl çantası və ya kişi portfeli,
  • ölçüləri 30x35x10 sm-dən böyük olmayan foto və videokamera,
  • portativ kompüter çantası (çantalar yalnız təyinatı üzrə istifadə edilməlidir),
  • üst geyimi, palto və ya plaş,
  • portpleddə kostyum (yalnız təyinatı üzrə istifadə edilməlidir),
  • gül dəstəsi,
  • uşaqlarla uçuş zamanı uşaq yeməyi və uşaq yol beşiyi,
  • çətir,
  • uçuş zamanı oxumaq üçün qəzet, jurnal və digər materiallar, 
  • ev heyvanlarının daşınmasını tənzimləyən müvafiq qaydalara riayət etməklə ev heyvanlarının daşınmasına icazə verilir.
Banner
Banner

Digər xəbərlər