Turizm

Ticarət mərkəzindən birbaşa aeroporta - DUBAYA GEDƏNLƏR ÜÇÜN YENİLİK

Ticarət mərkəzindən birbaşa aeroporta - DUBAYA GEDƏNLƏR ÜÇÜN YENİLİK | FED.az
10:46 24 İyul 2019

Müxtəlif aviaşirkətlərin sərnişinləri birbaşa Əmirliyin ən iri ticarət-əyləncə mərkəzlərindən birində - “The Dubai Mall”da öz reyslərinə qeydiyyatdan keçə biləcəklər.

FED.az «Gulf News» nəşrinə istinadla xəbər verir ki, bu gündən etibarən Xidmətlər Mərkəzi «Dnata Travel» şirkətinin idarəçiliyi ilə qeydiyyat masası açıb. Arzu edənlər burada öz reyslərinə qeydiyyatdan keçib enmə talonları almaqla bərabər, baqajlarını çəkib təhvil verə biləcəklər. Onların baqajı ticarət mərkəzindən aeroporta göndəriləcək.

Yeni xidmətdən “flydubai”, “SAUDIA”, “flynas”, “China Southern”, “Kuwait Airways”, “GulfAir”, “Saudi Gulf”, “Royal Jordanian” və “Ethiopian Airlines” avişirkətlərinin sərnişinləri istifadə edəcəklər.

Digər xəbərlər

Banner