Turizm

"Turist ruslar azaldığına görə - 113 MİLYON DOLLAR İTİRMİŞİK"

"Turist ruslar azaldığına görə - 113 MİLYON DOLLAR İTİRMİŞİK" | FED.az
16:09 9 Okt 2019

Rusiyanın iyulun 8-dən etibarən Gürcüstana birbaşa aviauçuşları qadağan etməsi nəticəsində qonşu ölkə iyul-avqust aylarında 113 milyon ABŞ dolları itirib.

FED.az xəbər verir ki, bu barədə Milli Turizm Administrasiyasının rəhbəri Mariam Kvrivişvili bildirib.

Eləcə də bax: "Gürcüstan hava yolları" Rusiyaya qarşı 25 mln. dollarlıq - İDDİA HAZIRLAYIR

Onun sözlərinə görə, Gürcüstanın turizm sahəsindəki itkiləri sentyabrda da davam edib. Sentyabr ayında Rusiyadan Gürcüstana turist axını 20 faizə qədər azalıb. Bu isə öz növbəsində, özəl sektora, biznes və turizm sənayesinə mənfi təsir göstərib.

M.Kvirivişvili tezliklə Rusiyadan birbaşa aviauçuşların bərpa olunacağına ümid etdiyini bildirib.

O deyib: “Bu istiqamətdə danışıqlar gedir və çox güman ki, müsbət nəticələr əldə olunacaq”.

"Azərtac"

Digər xəbərlər