Turizm

Turizm şirkətləri İstanbula aviabilet - Satmaq İmkanı Qazandılar

Turizm şirkətləri İstanbula aviabilet - Satmaq İmkanı Qazandılar | FED.az
15:28 24 İyul 2020

Azərbaycanda turizm şirkətləri öz müştərilərinə Bakı-İstanbul-Bakı reysləri üzrə aviabiletlərin satışını həyata keçirmək imkanı əldə ediblər.

Eləcə də bax: Antalyaya turist axını - BAŞLAYIB

FED.az xəbər verir ki, Azərbaycan Turizm Agentlikləri Assosiasiyasından verilən məlumata görə, "Türk Hava Yolları" şirkəti 23 iyul tarixindən Bakı-İstanbul-Bakı reyslərinin sərbəst şəkildə satışının həyata keçirilməsinə icazə verib:

"Artıq turizm şirkətləri əvvəlki qaydada öz müştərilərinə bu istiqamətə olan aviabiletlərin satışını həyta keçirmə imkanı əldə edib. Azərbaycan Turizm Agentlikləri Assosiasiyası koronavirus pandemiyası (Civid-19) dövründə turizm şirkətlərinin bir müddət öncə bilet satışlarında üzləşdiyi çətin vəziyyətdən çıxmasına dəstək olaraq atılan bu addımı yüksək qiymətləndirir və "Türk Hava Yolları" şirkətinə öz dərin təşəkkürünü bildirir". (Trend)

Digər xəbərlər