Turizm

Turizm şirkətləri üçün yeni xidmət qaydaları hazırlanıb - VİDEO

Turizm şirkətləri üçün yeni xidmət qaydaları hazırlanıb - VİDEO | FED.az
15:54 8 İyul 2020

Azərbaycan Turizm Agentlikləri Assosiasiyası (ATAA) mövcud vəziyyəti nəzərə alaraq turizm şirkətlərinin koronavirus pandemiyası (COVID-19) dövründə fəaliyyətini tənzimləyəcək metodiki göstərişlərdən ibarət xidmət proseduru hazırlayıb.

Eləcə də bax: «Turizm işçilərinin «icazəsiz» qalması sahəni iflic edir» – NAZİRLİYƏ MÜRACİƏT

FED.az xəbər verir ki, bu barədə  Assosiasiyadan məlumat verilib.

Tövsiyə xarakterli təlimata əsasən, turizm şirkətləri ofislərin giriş qapısında qaydaları əks etdirən məlumat lövhəsi yerləşdirməli, məkana daxil olan vətəndaşlar sanitayzer, qoruyucu maska və tibbi əlcəklərlə təmin edilməli, termometrlə vətəndaşların bədən hərarəti ölçülməlidir. 

Ofis daxilində sosial məsafənin saxlanılmasını əks etdirən işarələr yerləşdirilməli, işçi personalı və vətəndaş arasında sosial məsafə qorunmalı, müştərilərə xidmətin göstərilməsi qoruyucu şüşə arakəsmələr arxasından edilməli, eləcə də şirkət tərəfindən personalın qoruyucu maskalarda və əlcəklərdə olması təmin olunmalıdır. 

Bununla yanaşı, turizm agentliyi tərəfindən göstərilən xidmətlərin müqabilində edilən ödənişlərin yalnız POS terminal vasitəsilə həyata keçirilməsi tövsiyə olunur. 

Yeni qaydalarla bağlı marifləndirmə işinin davamı olaraq ATAA məlumatlandırıcı videoçarx da hazırlayıb və yaxın günlərdə turizm şirkətlərinə göndəriləcək. Agentlik mövcud vəziyyətdən irəli gələrək vətəndaşların və işçi personalının sağlamlığının qorunmasını əsas tutaraq turizm şirkətlərinin pandemiya dövründə yeni qaydalara riayət etməklə fəaliyyət göstərmələrini tövsiyə edib. 

Digər xəbərlər